www.science.az
29.03.2019 09:48

“ASAN Radio”da “Azərbaycan tarixi” adlı layihəyə start verilib

AMEA-nın Tarix İnstitutu “ASAN Radio” ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb.

Layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim ediləcək.

İlk buraxılışlar Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, t.ü.f.d., dosent Güntəkin Nəcəfli çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə “ASAN Radio”nun baş redaktoru İlkin Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.