Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirilib
09.06.2014 00:00
  • A-
  • A
  • A+

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirilib

İyunun 5-7-də Qırğızıstanın “İsık-kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirilib. Konqresdə Türk dünyası və müxtəlif ölkələrdən 300-ə yaxın riyaziyyatçı alim iştirak edir. Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti, akademik Fikrət Əliyev, cəmiyyətin idarə heyətinin üzvü, professor Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.

Tədbirdə Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti kimi 3 il ərzində idarə heyətinin fəaliyyəti, görülən işlər və yeni layihələr haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: