Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib
25.07.2014 00:00
  • A-
  • A
  • A+

“AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib

İyulun 24-də AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin də iştirak etdiyi “AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə EİM-in baş direktoru, hüquq elmləru üzrə fəlsəfə doktoru Azər Namazov açaraq mərkəzin məqsəd və vəzifələri, strategiyası, fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonra mərkəzin əməkdaşları Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması, respublikada aparılan elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatların fonda qəbulu, EİM-də işlənilən innovasiya layihələri, Azərbaycanın elmi jurnallarının INSPEC bazasında yerləşdirilməsi, EİM-də təlim-tədris fəaliyyəti, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın elmi potensialı, konkret innovativ layihələrin işlənilməsi, layihələrin hazırlanması və icrası məsələlərinə toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: