www.science.az
27.03.2019 16:34

Elm Gününə həsr olunan türkoloji onlayn konfrans keçirilib

Martın 27-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində Elm Gününə həsr olunan türkoloji onlayn konfrans keçirilib. Tədbirdə Türk dilləri şöbəsi ilə yanaşı, Qazaxıstan Əhməd Yasəvi Universiteti, Türkiyə Qazi Universiteti və Özbəkistan Daşkənd Universitetinın əməkdaşları da iştirak ediblər.

Konfransda Türkiyə Qazi Universitetinin professoru Leyla Karahan “Türk dillərinin tarixi” mövzusunda məruzə ilə çıxış edib və sualları cavablandırıb.

Azərbaycan türkologiyası tarixində ilk dəfə olaraq onlayn keçirilən konfransın təşkilatçısı Qazaxıstan Əhməd Yasəvi Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin direktoru, doktor Sərdar Dağıstan və Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.