Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Cəfər Cabbarlı və Hüseyn Cavid” mövzusunda tədbir keçirilib
27.03.2019 16:25
  • A-
  • A
  • A+

“Cəfər Cabbarlı və Hüseyn Cavid” mövzusunda tədbir keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Cəfər Cabbarlı və Hüseyn Cavid” mövzusunda tədbir keçirilib.

Tədbiri muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq konfransın Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. O, çıxışında Cəfər Cabbarlının Hüseyn Cavidlə olan münasibətlərindən, ədibin Hüseyn Cavid haqqında yazdığı məqalələrdən danışıb.

Sonra Cəfər Cabbarlının ev-muzeyinin direktoru, eyni zamanda yazıçının nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək şairin irsinin qorunmasından, həmçinin gənclərə təbliğ olunmasının önəmindən danışıb. Qeyd edib ki, dövrünün görkəmli dramaturqlarından olan C.Cabbarlı və H.Cavidin yaratdıqları əsərlər bu gün də teatr səhnəmizi bəzəyir, gənclərə teatrı sevdirir.

Tədbirin sonunda hər iki muzey arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: