Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Mikrobiologiya dünən, bu gün və sabah" mövzusunda elmi seminar keçirilib
27.03.2019 14:54
  • A-
  • A
  • A+

"Mikrobiologiya dünən, bu gün və sabah" mövzusunda elmi seminar keçirilib

AMEA-nın Mikrobiologiya İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan "Mikrobiologiya dünən, bu gün və sabah" mövzusunda elmi seminar keçirilib.

Seminarda müəssisənin əməkdaşları ilə yanaşı, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlardan nümayəndələr, həmçinin Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq ölkəmizdə daima elmə böyük diqqət göstərildiyini söyləyib, Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu bildirib.

"Mikrobiologiya dünən, bu gün və sabah" mövzusunda çıxış edən P.Muradov sözügedən elm sahəsinin tarixinə nəzər salıb, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, həmçinin mikrobiologiya elmini ictimaiyyətə və gənclərə tanıtmaq məqsədilə elmi populyar videoçarxın hazırlandığını diqqətə çatdırıb.

Çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Seminarda, həmçinin institutun elmi işçisi Aytən Səfərova və magistrantı Yaqut Yusifovanın da məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: