Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2019 11:06
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm Gününə həsr olunan silsilə seminarlar keçirilir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm Gününə həsr olunan silsilə seminarlar keçirilir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirilib.

Seminarda MBBİ-nin əməkdaşları ilə yanaşı, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin digər institutlarından nümayəndələr iştirak ediblər.

Tədbirdə institutun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “İnteqrativ biologiya və bioinformatika” və aparıcı elmi işçi Gülnarə Balakişiyevanın “Azərbaycanda fitoplazmaların epidemiologiyası və genetik müxtəlifliyi” mövzusunda məruzəsi dinlənilib.

Hər iki alimin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: