Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2019 10:57
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında Elm Gününə həsr olunan növbəti tədbir keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında Elm Gününə həsr olunan növbəti tədbir keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə 27 Mart - Elm Gününə həsr olunan növbəti tədbir keçirilib.

Rəsədxanada baş tutan tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə Elm Gününün təsis edildiyini və bu qərarın elmi ictimayyət tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib. Qeyd edib ki, bu kimi tədbirlər gənclərin elmə marağının artmasında və onların gələcəkdə mütəxəssis kimi yetişməsində böyük rol oynayacaq.

Daha sonra ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova çıxış edərək ölkəmizdə daima elmə, təhsilə böyük diqqət və qayğı göstərildiyini deyib.

Tədbirdə, həmçinin məruzələr dinlənilib, o cümlədən ŞAR-ın ikimetrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: