Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirildi
06.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirildi

N.Rəsulova məruzəsində silindrik oblastlarda qeyri-stasionar proseslərin tədqiqi haqqında məlumat verdi, bu metodun həlli çətin olan riyazi problemlərlə müşayət olunduğunu bildirdi: “Çox sadə hallar üçün yalnız (məs. bütöv bircins silindr) asimptotik həllər alınmışdır”. Məruzəçi qeyd etdi ki, təqdim edilən metod hətta laylı, qeyri-bircins silindrik oblastlar üçün dəqiq həllərin qurulmasını sadə cəbri əməliyyatlar səviyyəsinə qədər sadələşdirməyə imkan verir. N.Rəsulova bu metodu ilk dəfə olaraq en kəsiyi düzbucaqlı olan prizma üçün tətbiq etmiş və yeni analtik həllər almağa müvəffəq olmuşdur.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, institutun elmi işlər üzrə direktor müavini, f.-r.e.d. Soltan Əliyev, f.-r.e.d. Musa İlyasov və başqaları suallarla çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: