Eksperimental petrofizika şöbəsi

Tel. (+994 12) 5100141
Faks  
Elektron poçtu safarov46-46@mail.ru 
Struktur bölmənin rəhbəri Geologiya-mineralogiya elmləri doktoru Səfərov İbrahim Bayram oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Süxurların yüksək termobarik şəraitdə kompleks fiziki-mexaniki parametrlərinin ölçülməsinə imkan verən yeni texniki-metodiki vasitələrin işlənib hazırlanması;

Yüksək termobarik şəraitdə süxurların kompleks fiziki-mexaniki xassələrinin tədqiqi;

Yüksək termobarik şəraitdə süxurların anizotrop xassələrinin öyrənilməsi;

Yerin mantiya və litosferinin petrofiziki modellərinin qurulması. 
Əsas elmi nəticələri Onun elmi fəaliyyəti əsasən litosferin dərin qatları və yerin mantiyası kimi vacib məsələlərin öyrənilməsi ilə bağlıdır. Çoxillik elmi tədqiqatların nəticələri “Yüksək termodinamik şəraitdə yer qabığının və üst mantiyanın dərinlik qatları süxurlarının və minerallarının elastikliyi və sıxlıq xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası (Moskva , 1984 il) və “Yüksək termodinamiki şəraitdə süxurların elastiklik xüsusiyətlərinin anizotropiyası və litosferin petrofiziki modeli” mövzusunda doktorluq dissertasiyası (AMEA Geologiya İnstitutu) olmuşdur. Həmçinin xarici və yerli jurnallarda məqalələri dərc olunmuş, forum və konfranslarda məruzə etmişdir.       “Süxurların fiziki-mexaniki xüsusiyyətlərinin və onların dəyişmə dinamikasının müxtəlif yüksək termobarik şəraitdə tədqiqi” (Ukrayna Elmi Texnoloji Mərkəzin 3647 saylı qrant layihəsi, 2007-2010-cı illər) adlı layihədə iştirak etmişdir.

İ.B.Səfərov tərəfindən bir süxur nümunəsində eyni zamanda bir neçə fiziki parametrin ölçülməsinə imkan verən üsullar hazırlanmış və yüksək təzyiq ölçən avadanlıq nümunələri yaradılmışdır. Onun tərəfindən müxtəlif geotektonik vahidlərin- qırışıq, orogen, platforma və okeanik endogen rejimləri özündə əks etdirən çökmə, maqmatik və metamorfik süxurların fiziki-mexaniki və anizotrop xassələrinin öyrənilməsi üçün eksperimental işlər aparılmışdır. O, yüksək termobarik şəraitlərdə dağ süxurlarının fiziki-mexaniki xassələrini müəyyənləşdirən amillərin kompleks qiymətləndirilməsini təklif etmişdir. İ.B.Səfərov tərəfindən laboratoriya məlumatları və çöl geoloji-gefiziki işləri nəticələri əsasında dərin petrofiziki modellərin qurulma üsulu işlənmiş, eləcə də materik və okeanların litosfer plitələrinin petrofiziki modelləri qurulmuşdur. İ.B.Səfərov 70- dən çox elmi məqalənin, 8 ixtiranın və 2 monoqrafiyanın müəllifidir.