Geoekologiya şöbəsi

Tel. (+994 12) 5100141  
Faks  
Elektron poçtu vmamed@rambler.ru 
Struktur bölmənin rəhbəri coğrafiya elmləri doktoru Məmmədov Vaqif Ağa Əli oğlu 
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  - Respublika ərazisində təbii və antropogen amillərin təsiri ilə Yer qabığında baş verən dəyişmələr kompleksinin zaman-məkan daxilində sistemli tədqiqi və modelləşdirilməsi;

- Filiz və qeyri-filiz faydalı qazıntıların kəşfiyyatı və istismarı ilə əlaqəli geoekoloji proseslərin tədqiqi və proqnozlaşdırılması;

- Palçıq vulkanizminin geosferlərə təsirinin qiymətləndirilməsi;

- Geoekoloji proseslərin təsnifatlaşdırılması, xəritələşdirilməsi və kadastrının hazırlanması;

- Geoekoloji problemlərin azaldılması və aradan qaldırılması üzrə tədbirlərin işlənilməsi;

- Genezisindən asılı olaraq faydalı qazıntı yataqları tullantılarından səmərəli istifadə üsullarının işlənilməsi.

Əsas elmi nəticələri - Mikroelementlərin çay hövzələrində sülb axımla miqrasiya və akkumliyasiya xüsusiyyətləri müəyyənləşdirilib.

- Respublikamızın böyük (səthinin sahəsi ≥1km2) göllərinin kəmiyyət və keyfiyyət göstəricilərinin çoxparametrli tədqiqi əsasında suroplayıcı hövzə, su kütləsi və dib çöküntüləri arasında baş verən maddələr və enerji dövranı qanunauyğunluqları müəyyənləşdirilərək onların antropogen təsirlə dəyişmə istiqamətləri qiymətləndirilmişdir.

- Böyük göllərin hidrobiokomyəvi və ekoloji xüsusiyyətlərini bildirən kadastrı hazırlanmışdır.