Sedimentologiya və paleocoğrafiya şöbəsi

Tel. (+994 12 ) 4974468 
Faks (+994 12 ) 5372285 
Elektron poçtu e_aliyeva@gia.ab.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Əliyeva Elmira Hacı-Murad qızı
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Müasir və qədim terrigen çökmə sistemlərinin toplanma şəraitləri və tsiklliyi;

Azərbaycanın mezo-kaynozoyunun çökmə sisteminin təkamülünün öyrənilməsi;

Azərbaycanın mezo-kaynozoy çöküntülərinin sekvens-stratiqrafik konsepsiyasının işlənilməsi; sekvens-, kimyavi stratiqrafiyası;

Çökmə qatların stratiqrafik arxitekturası;

İqlim, dəniz səviyyəsinin dəyişilməsi və çöküntü toplanması;

Mezo-kaynozoyda Xəzər regionun paleocoğrafiyası;

Cənubi Xəzər hövzəsində geoloji məlumatların olmadığı rayonlarında palçıq vulkanları tullantıları əsasında dərin gömülmüş çökmə süxurların litofasial analizi və paleocoğrafiyası yenidən qurulması və

Karbohidrogen rezervuarlarının modelləşdirilməsi;

Ətraf-mühitin dəyişilməsinə geokimyəvi və biogeokimyəvi reaksiyaları;

Əsas elmi nəticələri 1. Qərbi və Şərqi Azərbaycanın və ona bitişik Xəzər dənizinin sahələrinin kəsiliş, quyu və seysmik materiallara, palçıq vulkanlarının tullantılarına əsasən mezokaynozoy çöküntülərinin toplanma şəraitlərinin müfəssəl öyrənilməsi.

2. Azərbaycanın və ona bitişik Xəzər dənizinin sahələrinin kəsiliş və quyu materiallarına əsasən mezozoy və kaynozoy komplekslərinin litoloji tərkibinin öyrənilməsi.

3. Qırmakı dərəsində Məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi

4. Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin Pliosen vaxtında dəqiq paleocoğrafik rayonlaşdırılması.

5. Neft generasiya edən və kollektor süxurların fasial kontrolu və sedimentasiya tsiklliyinin aşkar edilməsi

6. Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu.

7. Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması

8. Biogeokimyəvi və izotop məlumatlara əsasən Plio- Pleystosendə paleoXəzər hövzəsinin bionomik şəraitlərinin yenidən qurulması