Mineralogiya və geokimya kabineti

Tel. (+994 12) 5100141 
Faks (+994 12) 4975285 
Elektron poçtu musamamedov@rambler.ru
Struktur bölmənin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor Məmmədov Musa Nəsib oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Maqmatik proseslərin petrologiyası;

Süxurəmələgətirən mineralların tipomorfizmi, struktur vəziyyəti, paragenezisləri;

Maqmatik ərintilərin təkamülü prosesində süxur- və filizəmələgətirən mineralların davranışının geokimyəvi aspektləri.

Əsas elmi nəticələri Petroloji-geokimyəvi faktorlar əsasında Talış zonasında və Xocavənd əyilməsində ikimərhələli əriməyə məruz qalmış, sıxlığı azalmış mantiyanın mövcudluğu müəyyən olunmuşdur.

Talış zonasında subqələvi qranatlı peridotit substratından ilkin mərhələdə absorakit-şoşonit (5-7%), ikinci mərhələdə isə subqələvi pikrit ərintisi (15%-ə qədər) ayrılmışdır.

Xocavənd əyilməsində tərkibcə metasomatitləşmiş şpinelli peridotitə uyğun olan substratdan ilkin mərhələdə subqələvi olivinli bazalt (0,1 %), ikinci mərhələdə isə teşenit (15%-ə qədər) ərintisi ayrılmışdır.