Petrologiya şöbəsi

Tel. (+994 12) 5393415
Faks (+994 12) 4975285 
Elektron poçtu arifismail@excite.com 
Struktur bölmənin rəhbəri Akademik İsmayılzadə Arif Cəfər oğlu 
İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Petrologiya;

Maqmatizm və geodinamika;

Metasomatizm və filizəmələgəlmə;

Filiz-maqmatik sistemləri;

Geokimya.

Şöbədə elmi-tədqiqat işləri petroloji profilli prioritet istiqamətli olan və Qafqaza aid çoxillik tədqiqat işlərinin nəticələrinə əsaslanan - müxtəlif mənşəli struktur zonalar hüdudlarında faydalı qazıntı yataqlarının maqmatik formasiyalar ilə qarşılıqlı əlaqələrinin fundamental əsaslarının müəyyənləşdirilməsi üzrə aparılır.

Əsas elmi nəticələri Filiz-maqmatik sistemlərinin formalaşmasında mantiya-yer qabığı proseslərinin rolunu əksetdirən müxtəlif geodinamik rejimlərin alp maqmatik və filizdaşıyan metasomatik komplekslərinin petroloji-geokimyəvi meyarları təyin edilmişdir.

Qafqaz seqmentinin heterogen inkişaf edən struktur zonaları hüdudlarında filiz-maqmatik sistemlərin formalaşmasının məkan-zaman qanunauyğunluqları aşkar olunmuşdur.

Endogen proseslərin dərinlik aktivləşməsinin maqmatizmin təzahür və geodinamik təkamülündə rolunu əks etdirən mezokaynozoy maqmatizminin geodinamik rejimləri müəууənləşdirilmişdir.

Geodinamik cəhətcə müxtəlif struktur-formasion zonaların metallogenik xüsusiyyətləri aşkar edilmiş və onların potensial filizliliyi müəyyən edilmişdir.

Xəzər hövzəsində neft-qaz əmələgəlmənin Qafqazın tektonik-maqmatik aktivləşmə tsiklləri ilə korrelyasiya əlaqəsi aşkar olunmuşdur.

Azərbaycanın əsas mineragenoloji zonaları müəyyən edilmiş, səciyyələndirilmiş, onların qədim epoxalardan cavana doğru politsiklik inkişafı və şimaldan cənuba cavanlaşma tendensiyası aşkar olunmuşdur.

Qırışıqlıq sistemlərinin struktur-maddi komplekslərinin formalaşmasının geodinamik şəraitini, onlarda faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqlarını əks etdirən Azərbaycanın geodinamik əsasda tektonik xəritəsi (1:1000 000) tərtib edilmişdir.

Maqmatik va filizli komplekslərdə metamorfik va metasomatik proseslər tədqiq olunmuşdur.