Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi

Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi
Tel. (+994 12) 5109523 
Faks (+994 12) 5372285 
Elektron poçtu ddd@gia.ab.az;

d_huseynov@yahoo.com 

Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Hüseynov Dadaş Ağa-Cavad oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Flüidodinamika və palçıq vulkanizmi, çöküntütoplanma proseslərinin modelləşdirilməsi, flüidlərin miqrasiyası, çöküntü hövzələrinin termobarik şəraitləri. Böyük dərinliklərin karbohidrogen potensialının, kollektor xüsusiyyətlərinin və flüidlərin faza vəziyyətinin qiymətləndirilməsi.
Əsas elmi nəticələri Geokimyəvi və litofasial məlumatlar və üç ölçülü hövzə modelləşdirilməsi əsasında generasiya potensialın qiymətləndirilməsi və ayrı-ayrı mezokaynozoy stratiqrafik komplekslərinin yayılma aerallarının və Cənubi Xəzər hövzəsinin (CXH) akvatorial hissəsində neftqazəmələgəlmə ocaqlarına uyğunluğu, potensialın reallaşdırılmasının təkamül və dərəcəsinin dəyərləndirilməsi aparılmışdır; CXH-nin kerogenlərin genetik tipləşdirilməsi əsasında aalen-bayos və valanjin çöküntülərinə əsasən qaz generasiya rolu və paleogen-miosen çöküntülərinin neft-qaz generasiya rolu müəyyən edilmişdir; Müəyyən edilmişdir ki, paleogen-aşağımiosen çöküntülərinin generasiya etdiyi neftlər karbonun yüngül izotop tərkibi ilə (KİT), orta-üst miosen (diatom) çöküntüləri isə - ağır izotopluq ilə xarakterizə olunur; Kerogenin və karbohidrogen flüidlərin izotop-geokomyəvi korrelyasiyası əsasında aşağı pliosen rezervuarlarının doymasında konkret komplekslərin rolu dəyərləndirilmişdir; Müəyyən edilmişdir ki, qurudan dənizə uzandıqca neftlərin karbon izotop tərkibi diatom çöküntülərinin neft generasiya zonasına daxil olmaqla əlaqədar ağırlaşır; Karbohidrogen flüidlərin izotop geokimyəvi və biomarker tədqiqtları əsasında Cənubi Xəzər hövzəsinin müxtəlif hissələrində flüidogenerasiya mənbələrinin stratiqrafik və gipsometrik aidiyyatı dəyərləndirilmişdir; Flüidogenerasiya komplekslərində məsamə təzyiqlərinin və hidroyarılmaların paylanma sahələri və boşalmanın subvertikal zonaları ilə əlaqədar, yuxarıuzanan rezervuarlarda flüidlərin axmasına kanal kimi xidmət edən, habelə karbohidrogenlərin yığılma zonasının mümkünlüyü modelləşdirilmişdir («shale oil”); Boşalma mənbələrinin (karbohidrogenlərin generasiya mənbələrinin) və subvertikal cisimlərin paylanma zonalarının xəritəyə alınması əsasında karbohidrogenlərin axtarışının yeni təkmilləşdirilmiş metodikası təklif edilmişdir; Müasir flüidodinamikanın analizi və 3 ölçülü hövzə modelləşdirilməsi əsasında CXH ərazisinin risklilik dərəcəsinə görə ranqlaşdırılması və flüidodinamik göstərici əsasında axtarış üçün birincinövbəli obyektləri əsaslandırılmişdir.