Torpaq proseslərinin dinamikası laboratoriyası

Tel. (+994 12) 5372402
Faks  
Elektron poçtu terrasoil@rambler.ru
Struktur bölmənin rəhbəri Süleymanov Niyazi Ramiz oğlu 

Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyasının nəzəri-konseptual, metodoloji əsaslarının yaradılması və praktikaya tətbiqini nəzərdə tutan mədəni-texniki tədbirlər sisteminin işlənməsi;

Təbii şoranlarda duzların hərəkətinin ekoloji optimizasiya prinsiplərinə görə tənzimlənməsinin mümkünlüqü və bərpasının nəzəri-konseptual, metodoloji əsaslarının yaradılması və praktikaya çıxışın təmin edilməsi yollarının işlənməsi;

Təbii və aqrolandşaftlarda torpaq mühitinin hidrotermik potensialının və limitlərinin müəyyənləşdirilməsi üsullarının işlənib hazırlanması; Proseslərin dönərliyi ilə dispers mühitin struktur vəziyyətinin qeyri-sabitliyini nəzərə alan, təbii landşaft torpaqlarının torpaq-ekoloji optimizasiya prinsiplərinə əsaslanan bərpa üsullarının işlənib hazırlanması. 

Əsas elmi nəticələri İlk dəfə olaraq yüksək şişmə xüsusiyyətlərinə malik torpaqların yuyulmasının nəzəri-konseptual, metodiki əsasları işlənib hazırlanmış, bu məqsədlə qarışıq strukturlu torpaq, mühitinin yaradılması təklif edilmiş, mühitin fiziki halını səciyyələndirən yeni parametrlər və onların tərəddüd sərhədləri; “real məsaməlik” anlayışı, kompleks meliorasiyanın nəzəri təminat şərtləri və yuma norması, torpağın şişmə qabiliyətini təmin etmək üçün riyazi modellər təklif edilmişdir. Tədqiqatların nəticəsi olaraq «Şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyanın konseptual və metodiki əsasları», «Şişməyə meyilli ağır gilli şoranların kompleks meliorasiyası» monoqrafiyaları nəşr edilmişdir.

Təbii şoranların mənimsənilməsi üçün landşaftın torpaq mühitinə adaptasiya olunan, torpaq-ekoloji prirsiplərə əsaslanan, yabanı bitkilər altında bərpa üsulu işlənib hazırlanmış və “Takırvari şoranların landşafta adaptasiya olunan torpaq-ekoloji üsulla mənimsənilməsi” monoqrafiyası nəşr edilmişdir.

İqlim faktorlarının təsiri altında torpaq mühitində formalaşan hidrotermik limiti müəyyən etmək üçün yeni parametr-torpağın hidrotermik potensialı–HTP irəli sürülmüş və ölçü vahidi müəyyən edilmiş, HTP struktur əmsalı–Kst təklif edilmiş, və qaratorpaq, qonur dağ-meşə, boz-çəmən torpaqların HTP-yə görə səciyyəsi verilmişdir.