Mikroelementlər və mikrogübrələr laboratoriyası

Tel. (+994 12) 5389425 
Faks  
Elektron poçtu soiman@dcacs.ab.az
Struktur bölmənin rəhbəri

Axundova Əminə Bağır qızı

Aqrar elmlər üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Mikroelementlərin torpaqlarda yayılması və miqdarı, torpaq–bitki sistemində miqrasiyası, onların kənd təsərrüfat bitkiləri altında tətbiqinin səmərələliyi, torpaqların ağır metallarla çirklənməsinin müasir səviyyəsinin öyrənilməsi və ekoloji nöqteyi-nəzərdən səciyyələndirilməsi.
Əsas elmi nəticələri Respublika torpaqlarında mikrogübrələrin kənd təsərrüfat bitkiləri altında tətbiqinin elmi əsaslarının hazırlanması və effektliyinin artırılması, tətbiq olunan gübrə normalarının optimallaşdırılması, yeni mikrogübrə növlərinin hazırlanması, efir yağlı və dərman bitkilərinin becərilməsində mikroelementlərin tətbiqinin səmərəliliyi, biogeokimyəvi rayonların aşkar edilməsi, təbii radioaktiv elementlərin öyrənilməsi, texnogen tullantılar nəticəsində ətraf mühitin ağır metallarla çirklənmə səviyyəsinin müəyyən edilməsi, torpaqların ekoloji qiymətləndirilməsində mikroelementlərin bir faktor kimi nəzərə  alınması, onların torpaq-bitki sistemində miqrasiyası öyrənilmişdir. Azərbaycanın Torpaq Atlasının Aqrokimya bölməsində torpaqlarda manqan (Mn), sink (Zn), kobalt (Co), mis (Cu), yod (Y), selen (Se), bor (B), molibden (Mo) kimi mikroelementlərin ümumi miqdarını göstərən xəritələr  tərtib edilmişdir.