Fazi iqtisadiyyatı laboratoriyası

Tel. (+994 12) 5102690 
Faks (+994 12) 5392826
Elektron poçtu lab4.1@isi.az
Struktur bölmənin rəhbəri i.e.d., professor İmanov Qorxmaz Cahangir oğlu
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Fazi məntiq nəzəriyyəsi əsasında sosial və iqtisadi sistemin müxtəlif səviyyələrdə göstəricilərinin təhlili və proqnozlaşdırması modellərinin və onlara uyğun məsələlərin həllinin alqoritmlərinin işlənilməsi.
Əsas elmi nəticələri 1. İqtisadi sistemin dayanıqlıq keyfiyyətini müəyyən etmək üçün ümumi daxili məhsulun quruluşunun və diversifikasiya səviyyəsini müəyyən etmək üçün qeyri-səlis entropiya indeksi və sahələr arası balansın qeyri-səlis modeli yaradılmışdır;

2. Sosial sistemin keyfiyyətini müəyyən etmək üçün sosial kapital və insan kapitalının qiymətləndirilməsinin qeyri-səlis modelləri yaradılmışdır;

3. Ekoloji dayanıqlığın keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə ətraf mühitin keyfiyyəti indeksi, ekosivil indeksi və yaşıl iqtisadiyyatın inkişafı səviyyəsinin qiymətləndirilməsinin qeyri-səlis modelləri və onlara uyğun məsələlərin həlli alqoritmi verilmişdir.