Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyası

Tel. (+994 18) 6422373
Faks (+994 18) 6420400
Elektron poçtu valeh_ani@mail.ru
Struktur bölmənin rəhbəri

AMEA-nın müxbir üzvü, prof., k.e.d.

Cəfərov Valeh Cabbar oğlu

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Polimer materiallarının istehsalı, emalı və istifadəsi zamanı əmələ gələn yan məhsullar, təkrar emal xammalı və s. ətraf mühitdə ekoloji problemlər yaradan amillərin aradan qaldırılması məqsədi ilə, onları təkrar emal prosesinə cəlb etməklə yüksək keyfiyyətli istismar göstəricilərinə malik kompozisiya materiallarının yaradılmasının elmi əsaslarla işlənilməsi, məqsədyönlü müvafiq tətbiq sahələrinin təyini laboratoriyanın əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə müxtəlif təkrar emal polimer xammalın fiziki-kimyəvi yolla modifikasiyası, təbii süxurlar və onların atqılarını cəlb etmək, potensial kompatbilizator-appret xassələrinə malik ionomerlərin sintezi və alınan məhsulların elmi əsaslarla geniş istifadə olunmasıdır. Tədqiqatlarda sadalanan proseslərdə texnoloji və morfoloji dəyişikliklərin qanunauyğunluqlarının öyrənilməsinə xususi diqqət yetirilir.
Əsas elmi nəticələri Malein anhidridinin homo- və sopolimeri, sintez edilmiş, alınmış sopolimerlərin, appret, antipiren, örtükəmələgətirici və fotokimyəvi xassələri ətraflı tədqiq edilmişdir.

Təkrar xammalın əsasında konstruksion materiallar yaradılmasında yerli təbii süxurların-vulkanik məhsulların perspektliyi müəyyən olunmuşdur. Aparılan tədqiqatlarda polimer kompozisiyaların yaradılması zamanı doldurulmuş sistemlərdə yeni “sinergik” effekti müəyyən edilmişdir.

Propilen oksidin istehsalında əmələ gələn yan məhsullar-ağır piroliz qatranının və digər yan məhsulların əsasında amin tərkibli bərkidicilər və səthi aktiv xassəli məhsulların alınması işlənib, onların neftçıxarmada istifadə olunan sulu laylardan “neft sıxışdırıcı” xassəyə malik olduğu müəyyən edilmişdir.

Poliolefinlərin əsasında polimer və oliqomer quruluşlu modifikatorların istifadəsi ilə yeni polimer elektret materiallar yaradılmış və tədqiq edilmişdir. Bu tədqiqat istiqamətinin nəticələri polimer təkrar xammalın texnoloji xassələrinin yaxşılaşdırması aşkar edilmişdir.