Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan Milli Mərkəzi (İNİS)

Tel. (+994 12) 5383224 
Faks (+994 12) 5398318
Elektron poçtu nukl@box.az 
Struktur bölmənin rəhbəri Akademik Qəribov Adil Abdulxalıq oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  İstifadəçilərə nüvə elmi və nüvə texnologiyaları sahələrində müasir məlumatların operativ çatdırılması və Azərbaycanda nüvə elminin uğurları haqqında məlumatların Beynəlxalq Nüvə İnformasiya Sisteminə daxil edilməsi. 
Əsas elmi nəticələri • 13-15 sentyabr 2006-cı il tarixində ABŞ Energetika Nazirliyinin Arqon və Sakit Okean Şimal-Qərb Milli Laboratoriyaları ilə birgə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları üçün «Kütləvi Qırğın Silahlarının İstehsalında və İşlənib Hazırlanmasında İstifadə Olunan Avadanlıqlar və Materiallar» mövzusu üzrə təlim kursu keçirilmişdir.

• 08 dekabr 2006-cı il ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun ekspertləri üçün "İxrac Nəzarəti" mövzusunda seminar keçirilmişdir.

• 16-18 may 2007-ci ildə Dövlət Gömrük Komitəsi Əməkdaşları üçün "Kütləvi qırğın silahlarının yayılması" mövzusunda seminar keçirilmişdir.

• 2008-ci ildə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və MTN əməkdaşları üçün "İxrac nəzarəti tətbiq edilən İkili Təyinatlı Avadanlıq və Materialları və Müvafiq Texnologiyalar üzrə Siyahıya dair Məlumat Kitabçası" hazırlanmışdır.

• 08-10 oktyabr 2008-ci ildə Dövlət Gömrük Komitəsi əməkdaşları üçün "Kütləvi qırğın silahlarının yayılması" mövzusunda seminar keçirilmişdir.

• 2007-ci il BNİS-ə 64, 2008-ci ilin birinci yarısında isə 46 məlumat daxil edilib.