Nüvə tədqiqatları laboratoriyası

Tel. (+994 12) 5393261, (+994 12) 5394181 
Faks (+994 12) 5395961 
Elektron poçtu

smnagiyev@physics.ab.az 

Struktur bölmənin rəhbəri f.r.e.d, prof. Nağıyev Şakir Məmməd oğlu 
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri 

KXD çərçivəsində səpilmə prosesləri                

Relyativistik kvant mexanikasının dəqiq həll olunan modelləri                

Nüvə fizikası                                                             

Zəif qarşılıqlı təsir səpilmə prosesləri

Əsas elmi nəticələri

1)    Harmonik ossilyatorun, q- ossilyatorun, sinqulyar ossilyatorun müxtəlif dəqiq həll olunan modelləri qurulmuş və tədqiq olunmuşdur.

2)    BKH tipli operator eyniliklər alınmışdır.

3)    Klassik ortoqonal və q- ortoqonal çoxhəddlilərin xassələri  öyrənilmiş, o cümlədən müxtəlif q- çoxhəddlilər arasında yeni münasibətlər və yeni ortoqonallıq şərtləri alınmışdır.

4)    KXD çərçivəsində tərkibli zərrəciklərin səpilmə proseslərini təsvir etmək üçün formalizm təklif olunmuşdur.

5) Relyativistik Hamilton nəzəriyyəsi işıq konusu üzərində kovariant formulə edilmişdir.