İşığahəssas və optiki şəffaf polimer materialları laboratoriyası

Tel. (+994 18) 6441716
Faks (+994 18) 6420400
Elektron poçtu ipoma@science.az
Struktur bölmənin rəhbəri K.e.d. Quliyev Kazım Qafar oğlu
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın elmi fəaliyyət istiqaməti funksionaləvəzli tsiklopropan tərkibli vinil monomerlərinin sintezi, homo- və onların stirol, metilmetakrilat, konyuqə olunmuş dienlər və digər monomerlərlə birgə polimerlərinin alınması, onların əsasında yüksək fotohəssaslığa və optiki şəffaflığa malik polimer materiallarının yaradılması və tətbiqini əhatə edir.

Laboratoriyanın fəaliyyəti dövründə yeni sinif tsiklopropan tərkibli vinil monomerlərinin effektli sintez üsullarının işlənib hazırlanması və onların əsasında reaksiyayaqabil funksional aktiv polimerlərin alınması, radikal homo- və birgəpolimerləşmə reaksiyalarında bu tip monomerlərin quruluşu ilə reaksiyayagirmə qabiliyyəti arasındakı asılılıqların, yüksəkmolekullu birləşmələrin əmələgəlmə proseslərinin qanunauyğunluqlarının və onların mexanizmlərinin müəyyən edilməsi istiqamətində elmi tədqiqat işləri aparılmışdır.

Əsas elmi nəticələri Fəaliyyəti dövründə laboratoriyada funk­sionallaşdırılmış tsiklopropan fraqmenti saxla­yan monomerlərin və onların əsasında fo­tohəs­sas və zərbəyə davamlı optiki xassə­lərə malik polimerlərin səmərəli sintez me­todlarının işlən­məsi istiqamətində tədqiqat­lar aparılmışdır.

Müəyyən edilmişdir ki, tərkibində funk­sionallaşdırılmış tsiklopropan fraqmenti saxla­yan polimerlər xassə etibarı ilə çoxtəyinatlı ola bilər. Onların əsasında alınan polimerlər işığa və elektron selinə qarşı həssas olmaqla yanaşı, həm də bioloji aktivliyə, zərbəyə davamlılığa, yüksək optiki şəffaflığa və fotohəssaslığa də malikdirlər. Şüalanma mənbəyinin (UB və yaxud rent­gen) və elektron selinin təsiri nəticəsində tsik­lopropan tərkibli polimerlər üçölçülü şəbə­kə strukturu əmələgətirmək qabiliyyətinə malik olan neqativ tipli rezist materiallardır. Yeni sintez edilmiş yüksək litoqrafik və optiki şəffaflığa malik polimerlərin mikroelek­tronikada və optikada istifadə olunma imkan­ları tədqiq olunmuşdur.