Fiskаl strategiyanın modelləşdirilməsi laboratoriyası

Tel. (+994 12) 5392776
Faks (+994 12) 5392826
Elektron poçtu lab4.2@isi.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvi Musayev Akif Fərhad oğlu 
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  1. Milli iqtisadiyyatın idarəedilməsinin modellər sisteminin işlənməsi;

2. Vergi potensialının və dövlətin qanunvericilik və inzibatçılıq səylərinin qiymətləndirilməsi;

3. Vergi potensialının qiymətləndirilməsinin metodoloji bazasının hazırlanması;

4. Azərbaycan Respublikasında fiskal və monetar siyasətin qarşılıqlı əlaqələrinin modelləşdirilməsi;

5. Azərbaycanda fiskal və monetar siyasətin metodoloji məsələləri və qarşıda duran problemlər;

6. Azərbaycan iqtisadiyyatında nağd və nağdsız dövriyyələr üzrə pul kütləsinə olan təlabatın vergi yükü nəzərə alınmaqla modelləşdirilməsi və təhlili (emprik qiymətləndirmə);

7. İqtisadiyyatda monetləşmə riskləri nəzərə alınmaqla nağdsız dövriyyənin optimal səviyyəsinin müəyyən olunması üçün ssenarilərin hazırlanması;

8. Dinamik iqtisadi sistemlərdə maliyyə (fiskal) siyasətin iqtisadi agentlərin fəaliyyətinə təsirinin modelləşdirilməsi;

9. İqtisadi sistemin dinamik sistem kimi real vəziyyətinin fiskal (vergi) siyasət nöqteyi nəzərindən qiymətləndirilməsi;

10. Dinamik iqtisadi sistemdə fiskal (vergi) siyasətin iqtisadi agentlərlə qarşılıqlı əlaqəsi və bu əlaqədəki qeyri-müəyyənliklərin qərar qəbuletmədə nəzərə alınması metodologiyasının işlənməsi;

11. Dinamik iqtisadi sistemlərdə maliyyə (fiskal) siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və bu siyasətin iqtisadi agentlərin fəaliyyətinə təsirinin modelləşdirilməsi;

12. Fiskal siyasətin iqtisadi inkişafa təsirinin modelləşdirilməsi;

13. Fiskal siyasətin təkamülünün əsas istiqamətləri və onun stimullaşdırıcı xüsusiyyətlərinin tədqiqi və təkliflərin hazırlanması;

14. Fiskal siyasətin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi və təhlili;

15. Vergi siyasətinin səmərəliliyinin qiymətləndirilməsi yollarının müəyyən edilməsi və problemlərin araşdırılması;

16. İqtisadi proqnozlaşdırmanın nəzəri və praktiki məsələlərinin tədqiqi, vergi daxilolmalarının proqnozlaşdırılmasının iqtisadi-riyazi modelləşdirilməsi;

17. Fiskal siyasət və vergi siyasətinin qarşılıqlı əlaqəsinin təhlili, dövlət xərcləri və gəlirlərinin istifadəsi istiqamətlərinin iqtisadi cəhətdən araşdırılması;

18. Azərbaycan Respublikasında fiskal və monetar siyasətin qarşılıqlı əlaqələrinin modelləşdirilməsi.

Əsas elmi nəticələri 1. Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin yaratdığı vergi potensialının qiymətləndirilməsi üçün makroiqtisadi göstəricilərin tənzimlənməsi ilə vergi canlanması və elastikliyi əmsalları təklif edilmişdir;

2. Neft gəlirlərinin aşağı düşməsi nəticəsində vergi daxilolmalarının azalmasının qısamüddətli dövrdə kompensasiya olunma ssenariləri hazırlanmış, monetar və fiskal siyasətin qarşılıqlı əlaqələrinin multiplikativ effektlərini müəyyən etməyə imkan verən ekonometrik modellər sistemi yaradılmış, müşahidə olunmayan və kölgə iqtisadiyyatının vergi potensialına təsiri ekonometrik qiymətləndirilmişdir;

3. Mərhələ çərçivəsində iqtisadi inkişafa təkan vermək məqsədilə nağd və nağdsız əməliyyatların balanslaşdırılması üzrə təhlillər aparılmış, bu sahədə fiskal və monetar amillər qiymətləndirilmiş, nağd pul kütləsinin minimuma endirilməsinə yönəlmiş tədbirlər və nağdsız əməliyyatların aparılmasının stimullaşdırılması sahəsində təkliflər hazırlanmışdır;

4. Makroiqtisadi fiskal siyasətin real sektora təsiri və vergi amortizasiyası nəzərə alınmaqla Balanslaşmış Açıq İqtisadi modeldə orta vergi yükünün, istehlak norması və orta vergi yükünün, iqtisadi artım tempi və orta vergi yükünün, dövlət xərcləri və orta vergi yükünün qiymətləndirilməsinə imkan verən modellər və müvafiq alqoritmlər yaradılmışdır;

5. Dinamik sistem kimi iqtisadi sistemin real vəziyyətinin vergi-fiskal siyasət nöqteyi nəzərindən qiymətləndirilməsi modelləri işlənilmiş, dürüst olmayan ehtimallar əsasında qərarların analizinin təklif edilən nəzəriyyəsi üçün hesablama strukturu hazırlanmışdır;

6. Fiskal siyasət və iqtisadi agent qarşılıqlı əlaqəsi təhlil edilmiş, iqtisadi agentin vergi amili nəzərə alınmaqla dinamik modeli yaradılmış, dinamik iqtisadi sistemlərin dayanıqlığı ümumi dayanıqlıq nəzəriyyəsi baxımından tədqiq olunmuşdur;

7. Fiskal siyasətin əsas elementi kimi vergilərin iqtisadiyyatda tətbiqi, onun yaratdığı müsbət və mənfi tendensiya qiymətləndirilmiş, ÜDM və neft sektorunun əlavə dəyəri ilə vergi daxilolmaları arasında asılılığın ekonometrik qiymətləndirilməsi aparılmışdır;

8. Müasir mərhələdə fiskal siyasətin iqtisadi inkişafa təsiri məsələləri tədqiq olunmuş və həmin təsirlərin səviyyəsini qiymətləndirmək üçün multiplikatorların hesablanması verilmiş, fiskal siyasətin səmərəlilik problemlərinin həlli yolları təklif edilmişdir;

9. Azərbaycan Respublikasında stimullaşdırıcı vergi sisteminin təşkilinə imkan verən təkliflər irəli sürülmüş, milli iqtisadiyyatda istehlak və yığımın optimal nisbətinin müəyyən edilməsi mexanizmi təklif edilmişdir;

10. Yığımın düzgün istifadəsi və vergiyə cəlb olunmasına, ƏDV-nin tətbiqi imkanlarından səmərəli istifadəyə xidmət edən nəzəri-metodiki müddəalar hazırlanmışdır;

11. Dövlət xərcləri və gəlirlərinin istifadəsi mexanizmi iqtisadi cəhətdən əsaslandırılmış, büdcə kəsiri və ticarət balansının saldosunun ÜDM-in həcminə təsiri mexanizmi aşkar olunmuşdur;

12. Dövlət xərcləri və vergilərin multiplikatorlarının hesablanması xüsusiyyətləri müəyyən edilmiş, vergi daxilolmalarının daha real şəkildə proqnozlaşdırılmasına və vergi gəlirlərinin düzgün istifadəsinə dair təkliflər verilmişdir;

13. Göstərilir ki, dövriyyədə olan pul kütləsinin idarə olunması monetar siyasət vasitəsilə həyata keçirilir. Aparılan araşdırmalar və təklif olunan yeni yanaşmada göstərilir ki, iqtisadiyyatın inkişafının hərəkətverici qüvvəsi kimi nağdsız əməliyyatların genişləndirilməsi və dövriyyədə olan nağd pul kütləsinin minimuma endirilməsi məsələsinin həllinə monetar siyasətlə yanaşı, qarşılıqlı əlaqədə olmaqla fiskal siyasət sahəsində səmərəli və effektiv tədbirlərin (vergilərin sayı və dərəcələrinin optimallaşdırılması, fiskal siyasətin koordinasiyası mexanizmlərinin gücləndirilməsi və s.) həyata keçirilməsi ilə nail olmaq mümkündür;

14. Dövriyyədə olan nağd pul kütləsinin iqtisadi artıma təsiri qiymətləndirilmiş və nağdsız əməliyyatların genişləndirilməsini təmin edən fiskal siyasətin effektiv tədbirlər sistemi işlənmişdir.