Biliklərin intellektual analizi laboratoriyası

Tel. (+994 12) 5393547
Faks (+994 12) 5392826
Elektron poçtu lab3.6@isi.az
Struktur bölmənin rəhbəri Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Camalov Zeynal Ramazan oğlu
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri  Biliklərin intellektual analizi, öyrənmə və qiymətləndirmə sistemlərinin proqram vasitələrinin yaradılması.
Əsas elmi nəticələri Onlayn rejimində biliyə nəzarəti təmin edən intellektual informasiya sistemi yaradılmışdır. Sistemin yaradılmasında məqsəd test iştirakçılarının müasir informasiya texnologiyalarının tətbiqi ilə bilik səviyyələrinin yoxlanılmasıdır. Həmçinin, sistemdə yaradılmış öyrədici multimedia vasitələrindən istifadə etməyə imkan verən alt sistem, seçilmiş sahə üzrə müəyyən biliklərin əldə olunmasına kömək edir.