Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə laboratoriyası

Tel. (+994 12) 5393104
Faks (+994 12) 5392826
Elektron poçtu lab3.5@isi.az
Struktur bölmənin rəhbəri f.r.ü.f.d., dosent Paşayev Ədalət Bəxtiyar oğlu
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  1. Kənd təsərrüfatı bitkilərinin becərilməsi prosesinin modelləşdirilməsi və optimallaşdırılması üsullarının yaradılması;

2. Bioloji sistemlərdə modelləşdirmə.

Əsas elmi nəticələri 1. Bitkinin aqroiqlim şəraitinə tələbatını müəyyənləşdirən parametrlər araşdırılmışdır. Torpağın uyğun parametrləri ilə müqayisə alqoritmi işlənmişdir. İnsan tərəfindən dəyişdirilə bilən və məhsuldarlığa təsir edən parametrlər qruplaşdırılmışdır. Hər bir parametrin qiymətini dəyişmək üçün çəkiləcək xərcləri nəzərə almaqla məhsuldarlığın optimal həddini hesablamaq üçün alqoritm təklif edilmişdir;

2. Təsərrüfat daxilində kənd təsərrüfatı bitkilərinin becərilməsinin optimal planlaşdırma məsələsinə baxılmışdır. Əkin növbəliliyini və məhsula, toxuma, gübrələrə proqnoz qiymətləri nəzərə almaqla riyazi model işlənmişdir. Alınmış riyazi model xətti proqramlaşdırma məsələsinə gətirilir;

3. Bitki-torpaq-gübrə sistemində fosforun müxtəlif növlərinin dəyişmə prosesinin modeli qurulub. Modelin dayanıqlılıq şərtləri araşdırılıb;

4. Mayenin qərarlaşmamış axınının modeli Laqranj yanaşması əsasında işlənmişdir. Ədədi eksperimentlər aparmaq üçün "system of systems” idealogiyasına əsaslanan proqram modulu hazırlanmışdır;

5. Səth üzrə axan mayenin torpağa hopması prosesinin riyazi modeli işlənmiş, alınmış tənliklər sisteminin həll alqoritmi təklif edilmiş və uyğun proqram modulu yaradılmışdır;

6. Torpaq-bitki-gübrə sisteminin balans modeli əsasında planlaşdırılan məhsulu və torpağın analizinin nəticələrini nəzərə almaqla bitkinin əsas mineral qida maddələrinə (N, P, K) olan tələbatını hesablamaq üçün riyazi model işlənmişdir;

7. Bitkilərin optimal inkişafı üçün zəruri şərtlərdən biri əsas qida maddələrinin verilmiş nisbətdə olmasıdır. Hidroponika üsulu ilə becərilmə zamanı verilmiş nisbəti təmin etməyin yeganə yolu gübrələrin (kompleks gübrə ola biər) düzgün miqdarda tətbiqidir. Hesabat dövründə verilmiş gübrələrin küllüsündən verilmiş nisbəti almaq üçün qərar qəbuletmə sistemi yaradılmışdır;

8. Bitkilərin becərilməsi zamanı məhsuldarlığa təsir edən və ədədi pis ölçülən alaqlılıq, rütubət, inkişaf fazası kimi parametrlər qeyri-səlis qiymətləndirilmiş və gözlənilən məhsulun hesablanması modelində nəzərə alınmışdır;

9. Aqroiqlim şəraitindən asılı olaraq becərilməsi mümkün olan bitkilərin sələf bitkiləri qradasiyaya ayrılmışdır. Hər bitkinin becərilməsi üçün aqrotexniki əməllərə çəkiləcək xərclərindən asılı olaraq məhsuldarlığın, gəlirin, rentabelliyin hesablanması üçün riyazi model işlənmişdir. Növbəliliyi təmin etmək üçün dotasiya mexanizmindən istifadə edilməsinin mümkünlüyü göstərilmiş və fəaliyyətin rentabelliyini, torpaqların dayanıqlığını və ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlət sifarişinin həcminin hesablanması alqoritmi işlənmişdir;

10. Dəmir-beton konstruksiyalarının armatur cizgilərinin avtomatlaşdırılmış layihələndirmə sistemi yaradılmışdır. Layihələr Britaniya standartlarına uyğun işlənilir.