Texniki və antropogen proseslərin modelləşdirilməsi və proqnozlaşdırılması laboratoriyası

Tel. (+994 12) 5100523 
Faks (+994 12) 5392826 
Elektron poçtu lab3.2@isi.az
Struktur bölmənin rəhbəri t.e.d., professor Həsənov Allahverdi Biyakir oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Texnoloji və ekoloji sistemlərin etibarlı istismarını təmin edən riyazi modellərinin yaradılması və onların informasiya-ölçü texniki vasitələrilə inteqrasiyası, təbii ekoloji mühitlərdə çirkləndiricilərin miqrasiyası, atmosferdə və hidrosferdə turbulent konvektiv diffuziya proseslərinin dinamikasının modelləşdirilməsi, ekzogen mənşəli dinamik proseslərin tədqiqi, təbii fəlakətlərin proqnozlaşdırılması və nəticələrinin minimallaşdırılması üçün nəzəri üsulların işlənilməsi və bu obyektlərdə baş verən stabil və müvazinətsiz proseslərin proqnozlaşdırılması və öyrənilməsi üçün proqram kompleklərinin yaradılması.
Əsas elmi nəticələri 1. Təbii və antropogen mənşəli fəlakətlərin nəticələrinin ekoloji monitoringi zamanı əldə olunan böyük həcmli mürəkkəb strukturlu operativ informasiyanın emalı və istifadəsi üçün riyazi və kompüter modellərinin işlənilməsi, nəticələrin ümumiləşdirilməsi və gələcək ekoloji vəziyyətin prognozlaşdırılması üçün nəzəri ekspert sistemlərinin yaradılması. Tədqiqat obyektlərinin cari vəziyyətinin operativ sistemli analizi, ən ümumi hal üçün riyazi modellərin qurulması, texniki sistemlərin ekstremal vəziyyətlərdə davamlı və etibarlı istismarının təmin edilməsi üsullarının işlənilməsi, hesabat algoritmlərinin və uyğun proqram toplularının yaradılmasıdır;

2. Mürəkkəb reologiyalı özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılması proseslərinin ən ümumi riyazi modelləri yaradılmışdır;

3. Polimer əsaslı kompozit materialların alınması proseslərinin riyazi modelləri yaradılmış, bu modellər əsasında tələb olunan xassələrə malik yeni materialların alınması, onların fiziki-kimyəvi parametrlərinin identifikasiyası və idarə edilməsinin nəzəri əsasları işlənmişdir;

4. Sel-daşqın hadisələrinin riyazi modelləri yaradılmış, torpaq sürüşmələri və uçqunlar nəticəsində coğrafi ərazinin torpaq fondunun dəyişməsi proseslərinin proqnozlaşdırılması üçün modellər işlənilmişdir;

5. Əkinə yararlı sahələrdə torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə qrunt sularının səviyyəsinin idarə edilməsinə imkan verən nəzəri modellər və texnologiyalar yaradılmışdır.