Heterotsiklik birləşmələr laboratoriyası

Tel. (+994 18) 6446645
Faks (+994 18) 6420400
Elektron poçtu hajili@pochta.ru
Struktur bölmənin rəhbəri k.e.d., prof. Hacılı Raiq Əli oğlu
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Təbii fizioloji fəal heterotsiklik birləşmələrin struktur analoqlarının alınmasının effektli üsullarının işlənməsi, çevrilmələri, farmakoloji fəallığının öyrənilməsi və onların əsasında dərman maddələrinin yaradılması
Əsas elmi nəticələri 4-Halogen- və 3,4-dihalo­gen-2-buten-1-onların alınmasının effektli üsulları işlənmiş və onlar əsasında heterotsiklik birləşmələrin alınmasının ümumi prinsipləri öyrənilmişdir. Pirrolun molekulunda 1–, nikotin turşusunun 4–, həmçinin pirazolun və izoksazolun isə 5– vəziyyətdə müxtəlif funksional və farmakofor qruplar saxlayan törəmələrinin alınmasının birmərhələli üsulları işlənmiş, onların məqsədyönlü çev­rilmələri aparılmış, əmələ gəlmə mexa­nizmləri təklif olunmuş və bioloji fəallıqları öyrənilmişdir.