İdarəetmənin ehtimal üsulları laboratoriyası

Tel. (+994 12) 5102895
Faks (+994 12) 5392826
Elektron poçtu lab2.6@isi.az 
Struktur bölmənin rəhbəri f.r.e.d., professor Nəsirova Tamilla Hilal qızı
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Sərhədli yarımmarkov prosesləri ilə təsvir olunan texniki sistemlərin ehtimal modellərinin işlənilməsi.
Əsas elmi nəticələri Müsbət və mənfi meyilli semi-markov dolaşma prosesinin "a(a>0)" səviyyəsinə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır;

Müsbət meyilli, mənfi sıçrayışlı semi-markov prosesinin birinci dəfə hər hansı bir müsbət səviyyəyə çatma anının paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır;

Asılı olmayan, müsbət və eyni paylanmaya malik ikiölçülü təsadüfi kəmiyyətlər ardıcıllığından istifadə edib, müsbət meyilli, mənfi sıçrayışlı semi-markov dolaşma prosesi qurulmuş, müsbət axınlı, mənfi sıçrayışlı semi-markov dolaşma prosesinin paylanmasının zamana görə Laplas və fazaya görə Furye-Stiltyes çevirməsi tapılmışdır;

Terminallarda fiziki parametrlərin qiymətlərinin dəyişməsinin stoxastik modeli qurulmuşdur. Mürəkkəb dolaşma semi-markov cəm prosesinin əsas sərhəd funksionallarından biri olan müəyyən səviyyəyə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun şərtsiz və şərti birgə paylanmalarının Laplas çevirməsi tapılmışdır. Sonra tapılan ifadədən ayrı-ayrı komponentlərin hər birinin riyazi gözləmə və dispersiyaları tapılmışdır;

Terminallarda fiziki parametrlərin qiymətlərinin dəyişməsinin stoxastik modeli qurulmuşdur. Mürəkkəb dolaşma cəm prosesi qurulmuş, onun paylanmasının Laplas-Stiltyes paylanması tapılmışdır.