Diskret optimallaşdırılma modelləri və üsulları laboratoriyası

Tel. (+994 12) 5393532
Faks (+994 12) 5392826
Elektron poçtu lab2.5@isi.az
Struktur bölmənin rəhbəri Prof. Məmmədov Knyaz Şiraslan oğlu
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Bul və tamədədli proqramlaşma məsələləri, riyazi proqramlaşma, riyazi modelləşmə, ədədi üsullar, proqram komplekləri.
Əsas elmi nəticələri 1. Tamədədli tənliyin dezaqreqasiyası probleminin həlli. (Bu məsələ ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş və 30 il müddətində həll olunmamışdır);

2. Tamədədli çanta məsələsinin və tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan kiçik oblastın tapılması üçün kafi şərt şəklində kriteriyalar verilmiş və onların yeni həll üsulları təklif olunmuşdur;

3. Dənizdə neft-qaz platformalarının optimal yerləşdirilməsi və onların optimal birləşdirilməsi məsələsinin riyazi modeli qurulmuş və həll üsulu verilmişdir;

4. Qismən tamədədli çanta məsələsində məchulların dəyişmə intervalının kiçilməsi üçün kriteriya verilmiş və onun effektiv həll üsulu işlənmişdir;

5. Bul və tamədədli proqramlaşdırma məsələsinin suboptimal həllərinin qurulması üçün polinomial zaman mürəkkəbliyinə malik üsullar işlənmişdir;

6. Bul və tamədədli proqramlaşdırma məsələləri üçün Laqranj tipli majorant funksiya qurulmuş və onun minimallaşması alqoritmləri işlənmişdir;

7. Qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan və verilmiş oblasta nəzərən daha kiçik olan oblastın tapılması üsulu təklif olunmuşdur;

8. Bul və tamədədli proqramlaşdırma məsələləri üçün zəmanətli həll, zəmanətli suboptimal həll anlayışları verilmiş və onların tapılması üçün üsullar təklif olunmuşdur;

9. Verilənləri tamədədli intervallar olan Bul proqramlaşdırması məsələsi üçün optimist, pessimist, suboptimist və subpessimist həll anlayışları verilmiş, suboptimist və subpessimist həllərin qurulması alqoritmləri işlənmişdir;

10. Verilənləri intervallar olan Bul proqramlaşdırması məsələsi üçün Laqranj tipli majorant funksiya qurulmuş, bu funksiyanın bəzi xassələri aşkarlanmış və onun minimallaşdırması alqoritmləri işlənmişdir.