Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə laboratoriyası

Tel. (+994 12) 5109372 
Faks (+994 12) 5392826 
Elektron poçtu lab2.4@isi.az 
Struktur bölmənin rəhbəri Prof. Mənsimov Kamil Bayraməli oğlu
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri və kafi şərtlər.
Əsas elmi nəticələri 1. Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur;

2. Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur;

3. Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır;

4. Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır;

5. Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır;

6. Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur;

7. Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır;

8. Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur;

9. Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur;

10. Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur.