Teletrafik nəzəriyyəsi laboratoriyası

Tel. (+994 12) 5392560
Faks (+994 12) 5392826
Elektron poçtu lab2.3@isi.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvi Məlikov Аğası Zərbəli oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  1. Teletrafik sistemlərinin riyazi modellərinin və onların analizi və optimallaşdırılması üsullarının yaradılması;

2. Mürəkkəb strukturlu kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin analizi və optimallaşdırılması üsullarının yaradılması.

Əsas elmi nəticələri 1. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin analizi və optimallaşdırılması üçün dəqiq və təqribi üsullar yaradılmışdır;

2. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaradılmışdır;

3. Multixidmətli kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün dəqiq və təqribi üsullar təklif edilmişdir;

4. Vəziyyətdən asılı olan sıçrayışlı prioritetlər anlayışı daxil edilmiş və bu tip prioritetlərdən istifadə edildikdə kütləvi xidmət sistemlərinin analizi üsulları yaradılmışdır;

5. Təsadüfi giriş strategiyalı çoxsürətli Erlang modelləri yaradılmış və bu modellərin analizi üçün dəqiq və təqribi üsullar təklif edilmişdir;

6. Kütləvi xidmət sistemlərində ehtiyatların idarə edilməsi məsələlərinin həlli üçün orijinal yanaşmalar təklif olunmuşdur.