Stoxastik idarəetmə və tətbiqi statistika laboratoriyası

Tel. (+994 12) 5393869 
Faks (+994 12) 5392826
Elektron poçtu lab2.2@isi.az
Struktur bölmənin rəhbəri Akademik Hacıyev Asəf Hacı oğlu
İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri  1. Ehtimal nəzəriyyəsi və riyazi statistika;

2. Kütləvi xidmət nəzəriyyəsi.

Əsas elmi nəticələri 1. Mürəkkəb strukturlu xidmət sistemləri üçün idarəetmə nəzəriyyəsi yaradılmışdır;

2. Naməlum parametrləri artan və xətalarının dispersiyaları naməlum olan yeni tipli reqressiya modelləri qurulmuşdur və onların araşdırılması üçün universal yanaşma təklif olunmuşdur;

3. Tərəfimizdən təklif olunmuş "Azərbaycan hərflərinin kompüter klaviaturunda optimal düzülüşü" Azərbaycanın Dövlət Standartı kimi qəbul olunub (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) və Microsoft şirkətinin Windows 8.1 versiyasına daxil edilib;

4. "Kütləvi xidmət sistemlərinin idarə olunması və idarəetmə sistemləri". Kütləvi xidmət sistemlərində nəqliyyat obyektlərinin hərəkətini təsvir edən qapalı kontur üzrə hərəkət edən hissəciklərin riyazi modelləri qurulub və tədqiq olunub;

5. Hidromelorativ sistem və qurğuların etibarlılığının yüksəldilməsinin nəzəri-praktik əsasları işlənmişdir.