İdarəetmənin riyazi məsələləri laboratoriyası

Tel. (+994 12) 5390942 
Faks (+994 12) 5392826 
Elektron poçtu lab2.1@isi.az
Struktur bölmənin rəhbəri riyaziyyat üzrə elmlər doktoru  Məmmədov İlqar Qürbət oğlu
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif fəzalarda optimal biortoqonal sistemlər, tamam kəsilməz operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşmasının tapılması, müxtəlif operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı məsələləri, operator diferensial tənliklər, təsnifat və klaster analizi məsələləri, dayanıqlı dissipativ lokal strukturlarının tədqiqi, qlobal müşahidə problemi, stoxastik idarəetmə məsələləri.
Əsas elmi nəticələri 1. Seperabel Banax fəzasında optimal biortoqonal sistemlər haqqında teoremlər isbat edilmişdir, xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışı verilmiş, onun dəqiq ifadəsi tapılmışdır;

2. Çoxölçülü yeni adaptiv koordinat sistemi, yeni hal-qraf anlayışı və uyğun kəsilməz qrupların tətbiqi ilə qlobal müşahidə probleminin həlli tapılmışdır;

3. Təsnifat və klaster analizi məsələsinin həlli üçün yeni və hesablama baxımından səmərəli olan müxtəlif təkamül prinsiplərinə əsaslanan genetik və evolyusion alqoritmlər təklif edilmiş, uyğun proqram təminatı yaradılmışdır;

4. Müxtəlif şərtli III tərtib operator diferensial tənliyin requlyar həll edilməsini təmin edən şərtlər tapılmışdır;

5. Dəyişən strukturlu stoxastik optimal idarəetmə sisteminin optimallığı üçün maksimum prinsipi şəklində zəruri şərtlər tapılmışdır;

6. Hilbert və Banax fəzasında bəzi sistemlərin tam idarə oluna bilməsi və müşahidə olunması üçün zəruri və kafi şərtlər alınmışdır;

7. Qeyri-xətti tənliklərlə təsvir olunan istilikkeçirmə və diffuziya proseslərində yarana bilən dayanıqlı dissipativ istilik strukturları tədqiq edilmişdir;

8. Xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışı verilmiş və buna dair əsaslı teoremlər isbat edilmişdir;

9. Diffuziya əmsalı idarəetmədən asılı olan stoxastik diferensial tənliklərlə ifadə olunan dəyişən strukturlu idarəetmə sistemi və keçid anlarının optimallığı üçün maksimum prinsipi şəklində zəruri şərtlər tapılmışdır;

10. Qazlarda üçölçülü dayanıqlı dissipativ lokallaşmış strukturların yaranmasını təsvir edən riyazi model yaradılmışdır.