Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması laboratoriyası

Tel. (+994 12) 5391388 
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.10@isi.az
Struktur bölmənin rəhbəri tex.ü.f.d., dosent İsayev Məzahir Məhəmməd oğlu
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Cihazqayırma, metrologiya və informasiya-ölçmə cihazları və sistemləri.
Əsas elmi nəticələri 1. Neftin uçot qovşağında məhsulun miqdarının dəqiq təyini məqsədi ilə onun tərkibində olan çoxsaylı qarışıqların parametrlərinin qiymətləndirilməsi üçün inteqral göstəricinin təyini alqoritmi və struktur modeli təklif olunmuş, çoxparametrli obyektlərin paylanmış strukturlu informasiya-ölçmə sistemlərinin informativ parametrləri arasındakı funksional asılılıq müəyyən edilmişdir;

2. Respublika ərazisində çıxarılan neftin parametrlərini yüksək effektivlik və etibarlıqla öz strukturasında əhatə edən, qlobal şəbəkəyə çıxışı olan avtomatlaşdırılmış intellektual multisistemin strukturu və riyazi modeli müəyyən edilmişdir;

3. Xam neftin uçot qovşağında yüksək dəqiqliyi təmin edə biləcək yeni strukturalı yüksək ölçmə dəqiqliyinə malik informasiya-ölçmə və idarəetmə sisteminin topoloji strukturu işlənmişdir;

4. Mürəkkəb formalı, istənilən həndəsi ölçülü neft çənləri üçün yüksək dəqiqliyə malik fərdi kalibirləmə cədvəlinin (FKC) etalon maye kütlələrinin sütunlarının yaratdıqları hidrostatik təzyiqlərin qiymətlərinin yüksək dəqiqliklə ölçülməsi hesabına metodikası və proqram-alqoritmik təminatı işlənmişdir;

5. Müxtəlif həndəsi ölçülü və konfiqurasiyaları neft çənləri üçün avtomatik dərəcələmə sistemi və alqoritmlər işlənilmiş və tədqiq edilmişdir. Yüksək ölçmə dəqiqliyini təmin etmək məqsədi ilə müvafiq xəta təşkiledicilərinin təshihedici alqoritmləri işlənmişdir.