Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri laboratoriyası

Tel. (+994 12) 5393798
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.9@isi.az
Struktur bölmənin rəhbəri tex.ü.f.d., dosent Rzayev Asif Hacı oğlu
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  1. Neftin çıxarılması, nəqli, saxlanması və hazırlanması prosesslərinin rentabelliyini yüksəltmək məqsədi ilə rəqəmli nəzarət, diaqnostika idarəetmə texnologiyaları, qurğu və sistemlərinin işlənməsi;

2. Küy analizi texnologiyalarının tətbiqi ilə texnoloji prosseslərin monitorinq, diaqnostika, idarəetmə texnologiya və sistemlərinin işlənməsi;

3. Texnoloji parametrlərin ölçmə diskretləşdirmə və avadanlıqların texniki vəziyyətinin identifikasiya sistemlərinin işlənməsi;

4. Gücdən düşmüş yataqlardan neft hasilatı proseslərinin (laya su vurma, quyuların debitinin təyini, ştanqlı dərinlik nasoslu hasilat quyularının, dalma nasoslu hasilat quyularının, suyun ayrılması, neftin hazırlanması) rentabelliyini yüksəltməyə imkan verən monitorinq, diaqnostika, idarəetmə sistemlərinin alqoritmik və texniki vasitələrinin işlənməsi;

5. Neftçıxarma prosesslərində məsafədən nəzarət və idarə sistemlərinin mikrokontrollerlər və informasiya texnologiyaları bazasında yaradılması.

Əsas elmi nəticələri 1. Neft mədənlərinin prosesləri analiz edilmiş və müəyyən edilmişdir ki, belə obyektlərdə bir sıra parametrlərə daim nəzarət olunmalı, onlar təhlil edilməli, avadanlıqlarda yarana biləcək nasazlıqlar qabaqcadan təyin edilməlidir və onları yaradan səbəblərin aradan qaldırırlması üçün tədbirlər görülməlidir;

2. Neft mədənlərində mancanaq dəzgahları ilə istismar olunan quyuların iqtisadi səmərəliliyini artırmaq üsulları işlənib hazırlanmış və bu məqsədlə informasiya sistemi təklif edilmişdir;

3. Neft mədənlərində dərinlik nasoslarının nasazlıqlarının diaqnostikası və proqnozu üçün robast informasiya sistemləri, mövqeli binar texnologiyaları əsasında vatmetrik məlumatların təhlili sistemləri yaradılmışdır;

4. Neftçıxarma obyektlərinin yeni nəsl intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmış, istehsalat şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilmiş və H.Əliyev adına Neftayırma zavodunun kompressor stansiyasında, Şirvan OİL şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, Suraxanı OİL, Binəqədi OİL və Balaxanı neftqazçıxarma idarəsinin hər birinin iki quyusunda tətbiq olunmuşdur. Hər bir quyuda 50 faizə qədər elektrik enerjisinə qənaət və təmir arası vaxtını 2 dəfədən çox artması təmin olunaraq, həmin obyektlərin rentabelliyi xeyli yaxşılaşdırılmışdır. Sistemin yeniliyi beynəlxalq patentlə təsdiq edilmişdir;

5. Obyektlərin qəza vəziyyətinə keçmə prosesinin gizli dövrünün riyazi modeli təklif edilmiş, bu prosesin başlanmasının etibarlı monitorinqini təmin etməyə imkan verən alqoritmlər və texnologiyalar verilmişdir;

6. Bibiheybət neftqazçıxarma idarəsinin 35 neftçıxarma obyektində, İnstitutda yaradılan siqnalların mövqeli binar identifikasiyası üsulu əsasında dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən yeni nəsil robast noise monitorinq sisteminin eksperimental variantı hazırlanmış və tətbiq edilmişdir. Sistem elektrik enerjisinə 50%-dən çox qənaət etməyə, neftçıxarma avadanlığının təmirarası vaxtını xeyli artırmağa və rentabelliyi 2 dəfədən çox yaxşılaşdırmağa imkan verir. AzNeft birliyindən sistemin səmərəliyini təsdiq edən akt alınmışdır və onun istehsalı və başqa neftçıxarma idarələrində tətbiqi məqsədə uyğun hesab edilmişdir;

7. Neft quyularının debitini mövcud üsullarla müqayisədə daha dəqiq və operativ ölçən alqoritmlər və qurğular işlənilmişdir;

8. Neft quyularında istifadə olunan manacaq dəzgahının plunjer dinamoqramını hesablamaq üçün riyazi modellər əsasında yeni analitik üsul işlənmişdir;

9. Mövcud üsullarla müqayisədə təzyiqin bərpası əyrisindən (TBƏ) adi və yarımloqarifmalı koordinatlarda daha dəqiq yazan yeni eksponensial tipli modellər işlənmişdir;

10. TBƏ-nin ancaq asimtotik (axırıncı) hissəsindən istifadə edən mövcud üsullardan (xorner, MDX, maçket və s. üsulları) fərqli olaraq tərs məsələ korrekt həll olunmuş və layın və quyunun hidrodinamik xarakteristikalarını etibarlı və dəqiq (3%-li dəqiqliklə) təyin etmək, bunun üçün bütün əyridən istifadə etməklə yeni üsul işlənmişdir.