Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyası

Tel. (+994 18) 6446645 
Faks (+994 18) 6420400 
Elektron poçtu vaqifaziz@mail.ru
Struktur bölmənin rəhbəri K.e.n. Cəfərov Vaqif Əziz oğlu
İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın elmi istiqaməti tərkibin­də epoksid-, episulfid-,tiokarbamid-,amin-, halogen-, fosfor-, borvə silisium saxlayan çox­funksiyalı polielektrolit oliqomerlərin, xüsusi təyinatlı komponentlərin, polimer və nanokompozitlərin texnoloji prosesinin iş­lənib hazırlanmasından ibarətdir.

Laboratoriyanın perspektiv istiqamətlə­rində sintez olunmuş yeni oliqomerlər və kompozit materiallar kosmik texnikada, atom elektrostansiyalarında, aviasiya, gəmiqayırma və xüsusi tex­nikada nanokompozit materialla­rın alınması sahəsində elmi-tədqiqat işləri­nin aparılması nəzərdə tutulur.

Əsas elmi nəticələri Laboratoriyada çoxfunksiyalı oliqomerlər sintez edilmiş, molekul kütlələri öyrənilmiş, quruluş xü­susiyyətləri müəyyənləşdirilərək, tət­biq sahələri araşdırılmışdır. Yeni oliqomerlərin alınması xüsusi texnikada texnoloji proseslərin işlənib hazırlan­masında mühüm əhəmiyyət kəsb edirlər. Müəyyən edilmişdir  ki, çox­funksiyalı polielektrolit oliqomerlər dağ-mədən filizləri­nin emalı zamanı əmələ gələn axar çirkab sula­rının zərərsizləşdirilməsində ekoloji cəhətdən mühüm əhəmiyyətlidirlər. Bu oliqomerlər əsasında alınan kompozit materiallar radiasi­ya şüalarını udma qabiliyyətinə malikdirlər. Alınmış oliqomerlər xüsusi texnikada nanodispers metal tozları üçün bağlayıcı material kimi istifadə olunmuş və sənayedə istehsalı tövsiyyə edilmişdir.