İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası

Tel. (+994 12) 5392484
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.7@isi.az
Struktur bölmənin rəhbəri r.ü.f.d., dosent Abdullayeva Gülçin Gülhüseyn qızı
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri  1. Diaqnostika, proqnoz və qərar qəbuletmə üsullarının və alqoritmlərinin işlənməsi və onların texnikanın, səhiyyənin, tətbiqi incəsənətin və s. sahələrin müxtəlif səviyyələrində tətbiqi;

2. Bioloji və tibbi proseslərin riyazi modelləşdirilməsi.

Əsas elmi nəticələri 1. Ortopediya sahəsində cərrahi müdaxilənin və onun gedişinin ardıcıllığının seçimini təyin edən çoxmodullu intellektual sistem işlənmişdir. Sistem üçlaylı şəbəkə üzərində qərar qəbul edir, modullardan biri elektron xəstəlik tarixi, digəri məlumatlar bankıdır. İş üzrə 4 Avrasiya və Respublika patentləri alınıb. Sistem Travmatologiya və Ortopediya ETİ-də tətbiq olunur;

2. Əski əlifbada mətnlərin tanıma və identifikasiya sistemi yaradılıb və Əlyazmalar İnstitutunda ekspertizadan keçirilib. İş üzrə patent (müəlliflik şahədətnaməsi) alınıb;

3. Səhiyyədə yeni istiqamət olan isbata əsaslan tibb sahəsində müxtəlif sinif xəstəlikləri diaqnostika edən şəbəkə proqramları işlənmiş, Kanada Beynəlxalq inkişaf agentliyinin (CİDA) və Kanada Beynəlxalq Səhiyyə təşkilatının (CSİH) rəhbərliyi altında Cənubi Qafqazda səhiyyə üzrə İnformasiya layihəsinin qrant qalibi olmuşuq və onların sifarişi və maliyəsi ilə azərbaycan və rus dillərində monoqrafiya dərc edilib;

4. Diaqnostika sistemlərinin yaradılma problemlərinin həllinə yönəlmiş "İntellektual diaqnostika sistemləri” monoqrafiyası dərc edilmişdir;

5. Tibbin müxtəlif sahələrini əhatə edən intellektual-informasiya sistemləri işlənmişdir: "kəskin qarın” sindromu (18 cərrahi xəstəliklər diferensiasiya edilir), Naxçıvan ş. xəstəxanasında tətbiq olunan ginekoloji xəstəliklər və kəskin apendisitin diferensial diaqnostikası, "döş qəfəsi” ağrıları sindromunun diferensial diaqnostikası, neftayırma sənayesində çalışan qadınların hamiləliyi başa çatdırılmaması probleminin diaqnostikası və proqnozu sistemi və s;

6. Neftçıxarma sənayesində avadanlıqların vəziyyətlərinin proqnozlaşdırılması və dəyişməsinin diaqnostikasını həyata keçirən 5 laylı neyro qeyri-səlis şəbəkə üzərində intellektual sistem işlənmişdir. Sistem Balaxanı NQÇİ-də aprobasiyadan keçib;

7. Neft-qaz yataqlarının məsələləri üçün qərar qəbuletmə inteqrasiyalı ekspert sistemi işlənmiş və işin nəticələri ARDNŞ-ın "Elmi tədqiqatlar” institutunda praktiki işlərdə (Azərbaycanın Abşeron yarımadasının Korgöz-Qızıltəpə-Şonqar yatağının laylarının kollektorluq xassələrinin və neftqazla doymasının qiymətləndirilməsi üçün) tətbiq edilmişdir;

8. Bioloji proseslərin tədqiqi nəticəsində çoxsaylı reduplikasiyanın təkamül mümkünlüyünün riyazi modeli qurulmuş və analiz edilmişdir;

9. Kimyəvi maddələrlə zəhərlənmələrin (dəm qazı və laboratoriya analizləri olmadan onunla eyni klinikası olan 15 kimyəvi maddə) diferensial diaqnostika, proqnoz və monitorinq edən çoxmodullu intellektual-informasiya sistemi işlənmişdir. Sistem Bakı ş. Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasında və Bakı ş. 1 saylı klinik xəstəxanasının toksikoloji şöbəsində tətbiq olunur. Nəticələr monoqrayiya şəklində ingilis dilində LAMBERT şəşriyyatında dərc edilib (Almaniya);

10. Peritonitin ağırlıq dərəcəsini və gələcək inkişafını təyin edən dördpilləli ekspert sistemi işləmnişdir;

11. Qalxanabənzər vəzin funksional vəziyyətini təyin edən ekspert sistemi işlənib;

12. Müstəvidə mürəkkəb surətlərin tanınması üçün riyazi morfologiya əsasında alqoritmlər işlənmiş və qalxanabənzər vəzin USM şəkillərində sadə və toplum şəklində olan düyünlərin tanınması və düyünün kütləsi hesablanmışdır;

13. Tətbiqi incəsənətə aid olan azərbaycan əl xalıları tədqiq edilmiş, Respublikanın müxtəlif region və məktəblərinə məxsus olan 1300-ə yaxın naxışlar və ornamentlər bazası yaradılmış, onların tanınması alqoritmləri və üsulları təklif edilmişdir. Bunların əsasında intellektual-informasiya sistemi işlənmişdir. Nəticədə Avrasiya patenti alınmışdır;

14. Resursların və istehlakçıların şəbəkədə paylanmasının riyazi modeli qurulub və informasiya kanalları ilə resurs daşıyıcılarının üzərinə düşən gərginliyin asimptotik qiymətləndirilməsi məsələsi öz həllini tapıb. Nəticə "Mathematical model of networks with shared resources”(42 s.) preprint şəklində dərc edilib;

15. Variasiya htsablanmaları əsasında diskret geodeziya məsələsinin həlli üsulu təklif edilir. Nəticə "Discrete geodesic problem in logistics modelling" (61 s.) preprinti şəklində dərc edilmişdir.