Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası

İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası
Tel. (+994 12) 5101100
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.6@isi.az
Struktur bölmənin rəhbəri t.e.d., prof. Əliyev Elçin Rəşid oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Qərarqəbuletmə texnologiyalarının işlənilməsi və idarəçiliyin müxtəlif səviyyələrində tətbiqi.
Əsas elmi nəticələri

1.Qeyri-müəyyənlik şəraitində obyektivlik dərəcəsini artırmaq məqsədilə çoxmeyarlı alternativ seçimin qeyri-səlis təhlilinə əsaslanaraq mikrokredit borcalanlarının məsuliyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair müvafiq üsullar və alqoritmlər işlənilmişdir;

2.İctimai respondentlərin ümumi rəylərini nəzərə alan adaptiv qərarların qəbul edilməsini dəstəkləyən informasiya sisteminin strukturu və analitik nüvəsi işlənilmişdir;

3.MODIS (LPDAAC) kosmik monitorinq sisteminin peyk şəkilləri əsasında əldə olunmuş vegetasiya (bitki örtüyü) NDVI indeksinin dinamikasını əks etdirən müvafiq zaman sırasının multispektral verilənlərinin qeyri-səlis təhlili əsasında 1-ci və 2-ci tərtibli proqnozlaşdırma modelləri işlənilmişdir;

4.“Ağıllı şəhər” konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən qarşılıqlı əlaqə və süni intellektin tətbiqi məsələləri araşdırılmışdır.