Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyası

İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyası
Tel. (+994 12) 5392253
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.5@isi.az
Struktur bölmənin rəhbəri t.e.d. Quluyev Qəmbər Ağaverdi oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Texniki obyekt və sistemlərin identifikasiyasının keyfiyyətinin yaxşılaşdırılmasına və rentabelliyini artırmağa imkan verən monitorinq və nəzarət sistemlərinin yaradılması
Əsas elmi nəticələri

1.Kompressor stansiyaları və analoji obyektlərin əsas hissələri analiz edilmiş və müəyyənləşdirilmişdir ki, belə obyektlərin texniki vəziyyətini xarakterizə edən əsas parametrlərdən biri vibrasiyadır. Müxtəlif aqreqatlarda yüksək vibrasiya yaradan qovşaqlar və vibrasiya nəzarət nöqtələri araşdırılmışdır. Bəzi aqreqat tipləri üçün müxtəlif qovşaq və sistemlərdəki nasazlıqlarda vibrasiya siqnalları arasındakı əlaqə müəyyənləşdirilmişdir. Göstərilmişdir ki, kompressor stansiyalarında yeni yaranmaqda olan nasazlıqlar özlərini vibrasiya siqnalının tərkibindəki əngəllər (küylər) şəklində göstərir. Mövcud vibrodiaqnostika sistemləri bu əngəlləri qiymətləndirə bilmədiyindən və ümumiyyətlə atmağa çalışdığından bu sistemlərdə diaqnostikanın səviyyəsi aşağı olur və gecikmiş alınır;

2.Kompressor stansiyalarında qəzaların diaqnostikası və proqnozu üçün robast informasiya sistemi yaradılmışdır. Texniki obyektlərdə mikro yerdəyişmələrin vibrasiya siqnallarında yaratdığı əngəllərin (küylərin) analizi vasitəsi ilə qəzaları aşkar etməyə imkan verən alqoritmlər yaradılmışdır;

3.Neft quyularının dinamoqramlarının real vaxt ərzində identifikasiyasını təmin etməklə onların iqtisadi cəhətdən daha səmərəli olan adaptiv rejimdə idarə edilməsi hesabına rentabelliklərini xeyli artıran hibrid informasiya texnologiyaları təklif edilmişdir;

4.Ştanqlı dərinlik nasoslu qurğuların yeraltı və yerüstü avadanlıqlarının nasazlıqlarının başlanğıc anını təyin etmək üçün vattmetroqram W(t) və dinamoqramların P(t) mancanaq dəzgahının yırğalanma dövrü ərzində böyük tezliklə [f≥1000 Hs] rəqəmli ölçülməsi və onların robast noise texnologiyası əsasında identifikasiyası alqoritmləri işlənmişdir;

5.2010-2014-cü illər ərzində yaradılmış 10 stansiyadan ibarət şəbəkədə zəlzələdən 10-20 saat əvvəl alınan seysmoakustik informasiyanın noise xarakteristikalarının zamana görə dəyişmələrinin kombinasiyalarından istifadə edərək anomal seysmik prosesin ocağının zonasının yerini müəyyənləşdirməyə imkan verən intellektual sistem yaradılmışdır. Gələcəkdə sistemin seysmoloqlar tərəfindən instrumentariya (vasitə) kimi istifadə edilməsi nəzərdə tutulur.