Qəzaların monitorinqi və proqnozlaşdırılması laboratoriyası

Tel. (+994 12) 5390151,(+994 12) 4926670
Faks (+994 12) 4926670 
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Prof. Sadıqov Əminağa Bəhmən oğlu
İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri  Fövqəladə hallar zamanı idarəetmə məsələlərinin həlli üçün identifikasiya üsullarının, riyazi modellərin və texnologiyaların yaradılması
Əsas elmi nəticələri 1. FH-ın inkişafının hər bir periodunda komponentlərin müxtəlif halını qiymətləndirmək üçün göstəricilər sistemi təklif olunmuşdur. Bu göstəricilərdən istifadə edərək xəbərdarlıq, xilasetmə və bərpa tədbirlərinin əsas idarəetmə məsələləri ifadə olunmuşdur.

2. Texnogen təsirlər zamanı regional və yerli iyerarxik səviyyələrdə FH üzrə orqanların avtomatlaşdırılmış informasiya-idarəetmə sistemində təhlükəsizliyin və risklərin idarə olunması üçün tətbiq oluna bilən informasiya texnologiyası işlənmişdir.

3. FH-da çevik idarəetmənin konturlarının keyfiyyət baxımından ayrı-ayrı detallar üzrə təsviri həyata keçirilmişdir. Nəticədə məhv olmuş və müdafiə olunan obyektlərin müdafiə tədbirlərindən və zərərli təsir mənbələrindən asılı olaraq bu və ya digər hala keçidini təsvir edən riyazi modellər qurulmuşdur.

4. FH şəraitində regionun fəaliyyətinə onun arzuolunmaz mühitinin vəziyyətinin, regional obyektlərin, habelə müdafiə məqsədilə cəlb olunan qüvvə və vasitələrin ardıcıl və qarşılıqlı şərtləndirilmiş dəyişməsi kimi baxılmışdır.

5. Istehlak olunan mallara təsadüfi tələbatın normal qanununa uyğun paylanmış məlum ədədi xarakteristikaları halında istənilən sayda istehlakçı üçün lazım olan malların optimal həcmini müəyyənləşdirməyə imkan verən riyazi model işlənmişdir.

6. Çirklənmiş suların toplanmasının və yayılmasının müxtəlif hallarına baxılmışdır. Anı axınlar zamanı su hövzələrində çirkləndirici maddələrin yayılmasını hesablamaq üçün riyazi model qurulmuşdur.

7. FH-da su ehtiyatlarının idarə olunması üçün bir riyazi yanaşma təklif olunmuşdur. Onun fərqli xüsusiyyəti hidroloji sistemin davranışına təsir edən dəyişənlərin kiçik kəsilməz dəyişikliklərinin nəticəsiolan ani sıçrayışlı rejimlərini öyrənmək imkanının olmasıdır.

8. FH-da həyat fəaliyyətinin risklərinin idarə edilməsi üçün kriteriyalar ifadə olunmuşdur. Geniş sinif sistemlərin qeyri-stabilliyini yaradan və onların fasiləsizliyini pozan qəfil rejimlərin modelləşdirilməsi metodologiyası təklif olunmuşdur.

9. Risk və qeyri-müəyyənlik şəraitində robast həllərin qurulması problemləri tədqiq olunmuşdur. Potensial risklərin minimallaşdırılması üçün vasitələrin paylanmasının iki modelinə baxılmışdır.

10. FH-da müdafiə tədbirlərinin iyerarxik idarəetmə strukturunda idarəetmə məsələlərinin çevik və əlaqəli həlli üçün toplanmış təcrübə ümumiləşdirilmiş, vahid konseptual müddəalar ifadə olunmuş, riyazi modellər və informasiya texnologiyaları, habelə metodoloji, sistemli və texniki əsaslar yaradılmışdır.

11. FH-ın nəticələrinin aradan qaldırılması zamanı fayda/məsrəf nisbətinin müəyyənləşdirilməsinin optimal idarəetmə məsələsinə baxılmışdır. FH-da AİS-in yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün metod yaradılmışdır.