Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri laboratoriyası

Tel. (+994 12) 5392743
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.2@isi.az
Struktur bölmənin rəhbəri t.e.d., professor Nüsrətov Oqtay Qüdrət oğlu 
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  İntellektual texnologiyalar əsasında tanınma, texniki diaqnostika, monitorinq və idarəetmə məsələlərinin həlli üçün üsulların, alqoritmlərin və proqram təminatının işlənilməsi.
Əsas elmi nəticələri Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitorinq, diaqnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tətbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir;

Zəif strukturlaşmış zaman sıraların modelləşdirməsinin neural-fuzzy üsulları işlənilmişdir;

Neyro-şəbəkəli məntiqi bazisdə qeyri-səlis çıxarılış sisteminin tətbiqi əsasında rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən modullu intellektual sistem qurulmuşdur və müvafiq icra mexanizmi (o cümlədən, alqoritm) işlənilmişdir.