İdentifikаsiyа üsulları laboratoriyası

Tel. (+994 12) 5390151
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.1@isi.az 
Struktur bölmənin rəhbəri t.e.d., prof., akademik Əliyev Telman Abbas oğlu 
İşçilərin ümumi sayı 16
Əsas fəaliyyət istiqamətləri  İstehsalat sahələrinin səmərəli, suboptimal və optimal rejimlərdə işləməsini təmin edən müxtəlif təyinatlı və səviyyəli yeni nəsil "intellektual, hibrid, robast nəzarət, diaqnostika, proqnozlaşdırma və idareətmə sistemlərinin" yaradılmasının nəzəri əsaslarının işlənilməsi.
Əsas elmi nəticələri Siqnalların robast analizi texnologiyaları və nəzəriyyəsi yaradılmışdır;

Stoxastik proseslər üçün identifikasiyanın, tanınmanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən nəzəriyyə və texnologiyaları yaradılmışdır;

Siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyası və nəzəriyyəsi yaradılmışdır;

Texniki obyektlərdə "qəzaların gizli dövrünü monitorinq etməyə imkan verən noise texnologiyalarının və sistemlərinin" yaradılmasının nəzəri əsaslarını təklif etmişdir;

Göstərilən nəticələr əsasında qəzaların yaranmalarının gizli dövrünün noise monitorinqi və proqnozlaşdırılması texnologiyaları və sistemləri yaradılmış və kompressor stansiyalarında, neftqazçıxarma və neftkimya obyektlərində tətbiq edilmişdir. Onların aviasiyada, dəniz dərinlik platformalarında, elektrik stansiyalarında, tikintidə, seysmikada, tibbdə istifadəsinin effektliyi göstərilmişdir.