Sintetik yağlar laboratoriyası

Tel. (+994 12) 4905360  
Faks  
Elektron poçtu maqeram-mamedyarov@rambler.ru  
Struktur bölmənin rəhbəri Məmmədyarov  Məhərrəm  Əli oğlu 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Müasir və perspektiv texnikanın tələblərinə cavab verən müxtəlif kimyəvi quruluşa malik  yeni efir tipli sintetik sürtkü yağlarının sintezi  və  alınması texnologiyasının işlənib hazırlanması.  
Əsas elmi nəticələri

Vitsinal quruluşlu dikarbon turşularının  və tsiklik neopoliolların  mürəkkəb efirləri və  onların heteroatomlu törəmələri sintez edilmiş,  sintetik sürtkü yağlarının əsası və komponenti kimi tədqiq edilmiş və perspektiv, yüksək temperaturlarda işləyə bilən LZ-31 markalı sürtküdə pentaeritrit efiri əvəzində dispers mühit kimi; cihaz yağlarının əsası kimi; motor və motor-transmissiya yağı kimi;  az səsli podşipniklər üçün  sürtkülərdə dispers mühit kimi; dizel yanacağında oksidləşmə əleyhinə aşqar kimi; VDT-nın аzotlu törəmələri konservasiya mayelərində yüksək keyfiyyətli inhibitor kimi tövsiyə  ediliblər.