Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması laboratoriyası

Tel. (+994 12) 4902476 (1-43)  
Faks (+994 12) 4903520  
Elektron poçtu askerzade.saadet@gmail.com  
Struktur bölmənin rəhbəri Əsgər-zadə Səadət Məmmədəmin qızı 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Ölkəmizin enerji ehtiyatlarının səmərəli istifadəsi ilə ekoloji və iqtisadi tələblərə müvafiq müəssisələrin fəaliyyətini və bazar strukturunu nəzərə almaqla yüksək keyfiyyətli neft və neft-kimya məhsullarının istehsalını təmin edən neft-qaz kompleksinin inkişafının əsas istiqamətlərinin yaradılması.

NKPİ-də hazırlanmış yeni proseslərin texniki-iqtisadi əsaslandırılması. 
Əsas elmi nəticələri - Azərbaycanın 2015-ci ilə kimi yanacaq-energetika kompleksinin struktur dəyişikliklərini nəzərdə tutan neft emalının inkişaf strategiyası işlənib hazırlanmış və müvafiq qurumlara təqdim edilmişdir.

- Yanacaq-energetika kompleksinin müvafiq sahələri ilə uzlaşan, Azərbaycanın yanacaq və yağ istehsalının mərhələli inkişaf strategiyasına dair perspektiv kompleks sxemləri işlənib hazırlanmış və tətbiqə qəbul edilmişdir.

- Müəssisələrin iqtisadi müstəqilliyi şəraitində (xammal təminatı və məhsulların bazar qiymətləri ilə sərbəst satışı şərtilə) neft emalı ilə neft-kimya sənayelərinin inteqrasiyasını nəzərə alan ölkəmizin neft-qaz ehtiyatlarının səmərəli emal sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.

- Perspektiv tələblərə müvafiq motor yanacaqları və sürtkü yağları istehsalını təmin edən vahid neft emalı kompleksinin müxtəlif variantları işlənib hazırlanmışdır.

- Emal edilən neftlərin kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini nəzərə almaqla, xammala və enerjiyə qənaət edən, iqtisadi səmərəli, ekoloji təhlükəsiz və tullantısız texnologiyaların tətbiqi ilə dünya bazarlarında rəqabətə qadir məhsulların istehsalını təmin edən neftin kompleks emal sxemlərinin müxtəlif variantları işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.

- Sumqayıt neft-kimya kompleksinin perspektiv inkişafının kompleks sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.

- NEZ-nın kompleks neft emalı proseslərində məhsulların maya dəyərinin kalkulyasiyası üzrə tövsiyələr işlənib hazırlanmış, müvafiq təşkilatlar (İqtisadiyyat Nazirliyi, ARDNŞ və s.) tərəfindən təsdiqlənib, ölkəmizin bütün neft emalı müəssisələrində əsas vəsait kimi tətbiqinə qərar verilmişdir. Neft emalı və neft-kimya prosesləri üzrə məlumat bankı yaradılmışdır.

- Neft Emalı Zavodlarında istehsal olunan neft məhsullarının əmək tutumunu təyin etmək üçün metodiki təlimat işlənib hazırlanmışdır.