Numizmatika və epiqrafika şöbəsi

Tel. (+994 12) 5393649  
Faks (+994 12) 5108419  
Elektron poçtu akifarifoglu@mail.ru  
Struktur bölmənin rəhbəri

Akif Arif oğlu Quliyev

tarix üzrə fəlsəfə doktoru  

İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan ərazisində numizmatik materialın və epiqrafik abidələrin tədqiqatları 
Əsas elmi nəticələri

Numizmatika elmi üzrə 6 mütəxəssis (tarix üzrə fəlsəfə doktoru) yetişdirilib.

Şöbədə 17 monoqrafiya, 250 elmi məqalə çap etdirilib. Ağsu, Şamaxı, Bakı, Bərdə, Gəncə, Kürdəmir, Cəlilabad, Şəki, Qəbələ, İsmayıllı, Şəmkirdə aşkar edilmiş sikkələrin kataloqu hazırlanıb.

Şöbə əməkdaşları Türkiyə, Rusiya, Almaniya, Fransa, Gürcüstan, Qazaxıstan, Türkmənistanda keçirilən beynəlxalq arxeoloji konfranslarda məruzələrlə çıxış etmişdirlər. 

Azərbaycanın orta əsrlərə aid memarlıq abidələri, qəbirüstü məzar daşları, arxeoloji materialları, mis əşyaları üzərindəki ərəb, fars və türkdilli kitabələr tədqiq edilmiş, bunun əsasında Azərbaycanın orta əsrlər dövrü ictimai, siyasi, iqtisadi və sosial tarixinin öyrənilməsi istiqamətində mühüm tədqiqat işləri həyata keçirilmişdir.