Arxeoloji texnologiya sektoru

Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu bcelilov@mail.ru  
Struktur bölmənin rəhbəri Bəxtiyar Məzahim oğlu Cəlilov 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanın qədim metallurgiyası və metalları problemləri üzrə tarixi-analitik tədqiqatlar. 
Əsas elmi nəticələri Azərbaycanda erkən metal istehsalı dövrünün başlanması və onun xarakterik xüsusiyyətlərinin müəyyənləşdirilməsi.

Arxeoloji abidələrdən əldə edilmiş metal əşyaların kimyəvi tərkibi spektral analiz vasitəsi ilə müəyyənləşdirilərək, onların arxeoloji dövrlər üzrə tipoloji təsnifatının müəyyən edilməsi.

Azərbaycanda qədim dövrdə istismar ehtimalı olan metal xammal mənbələrinin müəyyən edilməsi.

Azərbaycanda mis-mərgümüş dövrünün aşkar olunması.

Tunc istehsalında istifadə olunan, ən vacib komponentlərdən biri olan qalayın Azərbaycana Cənub-Şərq ölkələrindən gətirilmə olduğunun müəyyən edilməsi.

Azərbaycanda ilk qurğuşun əşyalardan istifadənin e.ə. III minilliyə aid edilməsi.

Azərbaycanda mis ərintilərinin tərkibində sinkdən istifadənin (e.ə. II minilliyin ikinci yarısında) dövrünün müəyyən edilməsi.