Çöl tədqiqatları sektoru

Tel. (+994 12) 5108419 
Faks  
Elektron poçtu tavakkul55@yahoo.com 
Struktur bölmənin rəhbəri Təvəkkül Rəsul oğlu Əliyev 
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Arxeoloji və etnoqrafik ekspedisiyaların fəaliyyəti üzərində nəzarət etmək. 
Əsas elmi nəticələri Çöl tədqiqatları sektoru İnstitutun elmi tədqiqat istiqamətlərinə uyğun olaraq çöl səfərlərinin planlaşdırılması və təşkilində mühüm rol oynayır, ekspedisiyaların işinə nəzarət edir, onların hesabatlarının müzakirəsini, qəbul və sənədləşdirilməsini həyata keçirir. Sektorun əməkdaşları eyni zamanda fərdi plan və müqavilələr üzrə elmi işləri yerinə yetirərək “İbtidai icma və erkən sinifli cəmiyyətlər” mövzusunun tədqiqində aşağıdakı nailiyyətləri əldə etmişlər:

1. Sərkərtəpənin (Xaçmaz rayonu) ardıcıl və sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın şimal-şərq bölgəsi erkən tunc dövründə Kür-Araz mədəniyyəti arealında lokal, özünəməxsus yer tutmuşdur;

2. Erkən sinifli cəmiyyətə keçid dövrünün monumental abidələri olan siklop tikililəri haqqında ümumiləşdirilmiş tədqiqat başa çatdırılmışdır;

3. Mil düzündə erkən əkinçi və maldar tayfalara məxsus bir sıra komplekslər aşkar olunaraq tədqiq edilmişdir;

4. Mil və Qarabağ düzlərinin kəsişməsində, Qarqarçay hövzəsində qədim Azərbaycan dövləti Albaniyaya məxsus daha bir şəhər yeri müəyyən edilərək tədqiqata cəlb olunmuşdur;

5. Arxeoloji materiallar əsasında orta əsr Şabran şəhərinin ictimai-siyasi və mədəni-təsərrüfat həyatı araşdırılmışdır.