Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Etnoarxeologiya şöbəsi

Etnoarxeologiya şöbəsi
Tel.  
Faks  
Elektron poçtu necef_museibli@mail.ru  
Struktur bölmənin rəhbəri

Nəcəf Ələsgər oğlu Müseyibli

Tarix üzrə elmlər doktoru

İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri  Arxeoloji abidələr, tapıntılar əsasında Azərbaycanın qədim və orta əsrlər dövrü maddi və mənəvi mədəniyyətinin, sənətkarlıq və təsərrüfat sahələrinin, məskunlaşma və miqrasiya problemlərinin, dəfn adətlərinin, etnogenez məsələlərinin etnoarxeoloji tədqiqi.
Əsas elmi nəticələri Arxeoloji qazıntılar əsasında Gəncə-Qazax bölgəsində Neolit dövrünün erkən əkinçilik-maldarlıq təsərrüfatının yerli mənşəli olması maddi faktlarla əsaslandırılmış, Xalkolit dövrünə aid Leylatəpə mədəniyyətinin Şərqi Anadolu-Şimali Mesopotamiyadan baş vermiş miqrasiyalar nəticəsində yarandığı sübut edilmişdir. Kür-Araz mədəniyyətinə aid kurqanların və torpaq qəbirlərin qazıntıları nəticəsində dəfn adətlərinə dair yeni faktlar əldə edilmişdir. Gəncə-Qazax və Talış-Muğan bölgələrində Tunc-İlk dəmir dövründə məskunlaşma problemləri araşdırılmış, Talış dağlarının yüksək ərazilərinin İlk Tunc dövründən başlayaraq məskunlaşması müəyyən edilmişdir. Xalkolit və Tunc-İlk Dəmir dövrlərinə aid qəbir abidələrinin qazıntıları əsasında dəfn adətləri geniş araşdırılmışdır. Arxeoloji qazıntılar və paleoantropoloji tapıntılar əsasında Neolit-İlk Dəmir dövrlərinə aid, sənətkarlıq sahələri, dini inamlar tədqiq edilmiş, Azərbaycanda ən qədim dövlətçilik ənənələri və xalqın etnogenez tarixinə aid tədqiqatlar aparılmışdır. Antik və Orta Əsrlər dövrlərinə aid Qafqaz Albaniyası əhalisinin mənəvi mədəniyyəti, dini inamları, alban əhalisinin deetnizasiyası problemləri araşdırılmışdır. Bütün bu istiqamətlər üzrə tədqiqatlar davam etdirilir.