Orta əsrlər arxeologiyası şöbəsi

Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu dostiyev.tarikh@mail.ru 
Struktur bölmənin rəhbəri Tarix Meyrut oğlu Dostiyev 
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan orta əsrlər abidələrinin öyrənilməsi 
Əsas elmi nəticələri Orta əsr Bakı, Şamaxı, Qəbələ, Beyləqan, Gəncə, Şəmkir şəhərlərinin arxeoloji tədqiqi  nəticəsində həmin şəhərlərin topoqrafiyasına, plan quruluşuna, müdafiə sisteminə, memarlığına, sənət istehsalına və ticarət əlaqələrinə işıq saçan mötəbər maddi mənbələr əldə olunmuşdur. Aparılan arxeoloji qazıntılar orta əsr şəhər və kəndlərinin həyat mənzərəsini bərpa etməyə, ölkənin sosial-iqtisadi və mədəni inkişafını, ümummüsəlman və məhəlli xüsusiyyətlərini üzə çıxarmağa imkan verib. Şöbə əməkdaşları Azərbaycanın ayrı-ayrı orta əsr şəhərlərinə, dövrün sənət istehsalına, silah və hərb sənətinə, bəzək əşyalarına həsr olunmuş monoqrafiyalar, başlıcası isə altıcildli “Azərbaycan arxeologiyası”nın VI cildini yazaraq çap etdiriblər.