İlk orta əsrlər arxeologiyası şöbəsi

Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu arxeetno@mail.ru 
Struktur bölmənin rəhbəri Arif Məhəmməd oğlu Məmmədov 
İşçilərin ümumi sayı 18 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanda ilk orta əsrlər abidələrinin öyrənilməsi 
Əsas elmi nəticələri İlk orta əsrlər arxeologiyası şöbəsi yarandığı vaxtdan etibarən Mingəçevir, Torpaqqala (Tovuz rayonu), Torpaqqala (Qax rayonu), Şamaxı, Bərdə, Gəncə və Azərbaycanın digər ərazilərində arxeoloji tədqiqatlar aparmışdır.

1946-1953-cü illərdə Mingəçevirdə aparılan arxeoloji tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ilk orta əsr şəhərlərinin tədqiqi sahəsində yeni bir səhifə açdı.

Gilgilçayda aparılan arxeoloji tədqiqatlar zamanı ilk dəfə olaraq erkən orta əsrlər dövrünə aid  hərbi düşərgə aşkarlanmış, səddlər hərbi düşərgə arasında əlaqələr müəyyənləşdirilmişdir.

Bərdə və Gəncə arxeoloji ekspedisiyalarının fəaliyyəti nəticəsində ilk orta əmrlər Bərdə və Gəncə şəhərlərinin yerləri qeydə alınmış və tədqiqatlar aparılmışdır.

Şamaxı arxeoloji ekspedisiyası Şirvanşahların Şamaxı şəhərindəki iqamətgahını aşkarlamışdır.